Tarix:29/07/17
“ICTnews” Elektron Xəbər Xidməti “BBC” resursuna istinadən yazır ki, “Forbes” jurnalının real vaxt rejimində yenilənən onlayn reytinqinə görə, “Amazon” səhmlərinin dəyərinin 2,3 faiz artması sayəsində C.Bezosun var-dövləti 2 milyard dollar artıb.
Beləliklə, “Amazon” yaradıcısının aktivlərinin qiyməti B.Qeytsin var-dövlətini 1,4 milyard dollar üstələyib.
Məlumata görə, B.Qeyts son dəfə reytinqdə liderliyi bir il əvvəl itirib. O vaxt onu 2 gün müddətinə “Zara” ticarət şəbəkəsinin təsisçisi Amansio Orteqa geridə qoyub.
“Amazon” yaradıcısı 1987-ci ildə istifadəyə verilən “Forbes” milyarderlər reytinqinə başçılıq edən yeddinci insandır.
Qeyd olunur ki, B.Qeyts xeyriyyəçiliyə çoxlu pul xərcləməsəydi, C.Bezos dünyanın ən varlı adamı adına layiq görülə bilməzdi.
2010-cu ildə B.Qeyts reytinqin digər lideri Uorren Baffetlə birlikdə var-dövlətin yarısının xeyriyyəçilik məqsədləri üçün ayrılması məqsədi daşıyan “Giving Pledgе” kampaniyasına başlayıb.
2016-cı ilin sonuna olan vəziyyətə görə, “Microsoft” yaradıcısı xeyriyyəçilik məqsədləri üçün 31 milyard dollardan çox pul verib. Eyni zamanda, “Forbes”in qiymətləndirməsinə görə, C.Bezos 2015-ci ilin sonuna xeyriyyəçiliyə 100 milyon dollar ayırıb.
“Amazon” dünyanın ən böyük onlayn pərakəndə satış şirkətidir və ABŞ, Avropa ölkələrində, Kanada, Çin, Hindistan, Meksika, Yaponiya və digər ölkələrdə fəaliyyət göstərir.
Nizam Nuriyev
Dünyanın ən varlı adamı kimdir?
“Forbes” jurnalının milyarderlər reytinqində “Microsoft” korporasiyasının yaradıcısı Bill Qeytsi geridə qoyan “Amazon” şirkətinin təsisçisi Ceff Bezos dünyanın ən varlı adamı seçilib.“ICTnews” Elektron Xəbər Xidməti “BBC” resursuna istinadən yazır ki, “Forbes” jurnalının real vaxt rejimində yenilənən onlayn reytinqinə görə, “Amazon” səhmlərinin dəyərinin 2,3 faiz artması sayəsində C.Bezosun var-dövləti 2 milyard dollar artıb.
Beləliklə, “Amazon” yaradıcısının aktivlərinin qiyməti B.Qeytsin var-dövlətini 1,4 milyard dollar üstələyib.
Məlumata görə, B.Qeyts son dəfə reytinqdə liderliyi bir il əvvəl itirib. O vaxt onu 2 gün müddətinə “Zara” ticarət şəbəkəsinin təsisçisi Amansio Orteqa geridə qoyub.
“Amazon” yaradıcısı 1987-ci ildə istifadəyə verilən “Forbes” milyarderlər reytinqinə başçılıq edən yeddinci insandır.
Qeyd olunur ki, B.Qeyts xeyriyyəçiliyə çoxlu pul xərcləməsəydi, C.Bezos dünyanın ən varlı adamı adına layiq görülə bilməzdi.
2010-cu ildə B.Qeyts reytinqin digər lideri Uorren Baffetlə birlikdə var-dövlətin yarısının xeyriyyəçilik məqsədləri üçün ayrılması məqsədi daşıyan “Giving Pledgе” kampaniyasına başlayıb.
2016-cı ilin sonuna olan vəziyyətə görə, “Microsoft” yaradıcısı xeyriyyəçilik məqsədləri üçün 31 milyard dollardan çox pul verib. Eyni zamanda, “Forbes”in qiymətləndirməsinə görə, C.Bezos 2015-ci ilin sonuna xeyriyyəçiliyə 100 milyon dollar ayırıb.
“Amazon” dünyanın ən böyük onlayn pərakəndə satış şirkətidir və ABŞ, Avropa ölkələrində, Kanada, Çin, Hindistan, Meksika, Yaponiya və digər ölkələrdə fəaliyyət göstərir.
Nizam Nuriyev
Baxış sayı: 368
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet