12px13px15px17px
Tarix:31/07/17

Tarixdə ən kiçik peyk orbitə çıxarılıb

"Breakthrough Starshot" layihəsinin "Sprite" mikrozondları - 3,5×3,5 sm ölçüsündə və 4 qram çəkisində miniatür peyklər uğurla orbitə çıxarılaraq Yerə siqnal ötürməyə başlayıb.

"ICTnews" Elektron Xəbər Xidməti "Populyarnaya Mexanika" resursuna istinadən yazır ki, "Breakthrough Starshot" rusiyalı milyarder Yuri Milner və britaniyalı məşhur fizik Stiven Hokinqin birgə layihəsidir.

Konsepsiyanın mahiyyəti göyərtəsində çəkisi 1 qram təşkil edən minlərlə mikrozondun olduğu əsas raketin buraxılışından ibarətdir: onlar növbə ilə buraxıldıqdan sonra Yerdə lazer qurğusu mikrozondlarla birləşdirilən günəş yelkənini 50−100 qiqavatt gücündə şüa ilə təmin edəcək. Bunun aparatları təxminən 5 dəfə işıq gücündə gücləndirəcəyi bildirilir.
 
Harvard Universitetinin professoru, "Breakthrough Starshot Initiative" Məşvərətçi Şurasının rəhbəri Avi Lob qeyd edib ki, kosmik aparatlar kütləsinin azaldılması onların insan ömrü müddətində yaxın ulduzlara yetişməsi üçün lazımdır.
 
Məlumata görə, iki "Sprite" zondu Latviyanın "Venta" və İtaliyanın "Max Valier Sat" peykinin kənar korpusuna bərkidilib.
 
Kiçik qurğuların planetlərə, yaxın ulduz orbitlərinə buraxılışının mümkün yerdənkənar həyatın mövcudluğuna işıq salmağa kömək edəcəyi gözlənilir. "Breakthrough Starshot" layihəsinin əsas məqsədi Sentavr Alfası - Yer kürəsinə yaxın işıq sisteminə çatmaqdır.
 
Nizam Nuriyev 




Baxış sayı: 312

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024