Tarix:01/08/17
Nəşr qeyd edir ki, “Apple” şirkəti “iPhone 8” modelinin istehsalı üçün lazım olan “OLED” ekranların ciddi çatışmazlığı ilə rastlaşıb. Bu səbəbdən yeni qurğunun təqdimatı oktyabrdan tez gözlənilmir. Həmin ay model məhdud sayda satışa çıxarılacaq, geniş tədarüklərə isə noyabr-dekabrda başlamaq nəzərdə tutulur.
“Wall Street” analitikləri artıq “Apple” şirkətinin cari maliyyə ili üçün göstəriciləri ilə bağlı proqnozlarını azaldıblar. Buna səbəb kimi sentyabrda satılması gözlənilən milyonlarla yeni “iPhone” modelinin növbəti hesabat dövründə nəzərə alınacağı göstərilir. Bununla yanaşı, bir sıra ekspertlərin fikrincə, təqdimatın təxirə salınması şirkətin kotirovkalarına müsbət təsir göstərəcək və 2018-ci il ABŞ istehsalçısı üçün tarixdə ən uğurlu il olacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, bir müddət əvvəl oxşar proqnozla “J.P. Morgan” analitiki Rod Holl çıxış edib. O da “Apple” şirkətinin kəskin “OLED” ekran çatışmazlığı ilə üzləşməsini qeyd edib, lakin onun qənaətinə görə, istehsalla əlaqədar problemlər “iPhone 8” smartfonunun satışlarının başlanmasına səbəb olmayacaq.
Nizam Nuriyev
Yeni “iPhone” smartfonunun təqdimatı təxirə salına bilər
Yeni “iPhone” smartfon modelinin təqdimatı komplekt hissələrin tədarükü ilə əlaqədar problemlərə görə təxirə salına bilər. Bu barədə “The Financial Times” nəşri məlumat verib.Nəşr qeyd edir ki, “Apple” şirkəti “iPhone 8” modelinin istehsalı üçün lazım olan “OLED” ekranların ciddi çatışmazlığı ilə rastlaşıb. Bu səbəbdən yeni qurğunun təqdimatı oktyabrdan tez gözlənilmir. Həmin ay model məhdud sayda satışa çıxarılacaq, geniş tədarüklərə isə noyabr-dekabrda başlamaq nəzərdə tutulur.
“Wall Street” analitikləri artıq “Apple” şirkətinin cari maliyyə ili üçün göstəriciləri ilə bağlı proqnozlarını azaldıblar. Buna səbəb kimi sentyabrda satılması gözlənilən milyonlarla yeni “iPhone” modelinin növbəti hesabat dövründə nəzərə alınacağı göstərilir. Bununla yanaşı, bir sıra ekspertlərin fikrincə, təqdimatın təxirə salınması şirkətin kotirovkalarına müsbət təsir göstərəcək və 2018-ci il ABŞ istehsalçısı üçün tarixdə ən uğurlu il olacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, bir müddət əvvəl oxşar proqnozla “J.P. Morgan” analitiki Rod Holl çıxış edib. O da “Apple” şirkətinin kəskin “OLED” ekran çatışmazlığı ilə üzləşməsini qeyd edib, lakin onun qənaətinə görə, istehsalla əlaqədar problemlər “iPhone 8” smartfonunun satışlarının başlanmasına səbəb olmayacaq.
Nizam Nuriyev
Baxış sayı: 326
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet