Tarix:02/08/17
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, adi fərdi kompüterdə işə salınan oyun ilk növbədə virtual reallıq kaskaları üçün nəzərdə tutulub. Hazırda layihədən “HTC Vive” və “Oculus Rift” sahibləri yararlanır, lakin gələcəkdə ondan “PlayStation VR” istifadəçilərinin də istifadə edəcəyi gözlənilir.
Məlumata görə, “Mars 2030” layihəsində orbital peyklərin real məlumatlarından istifadə etməklə “Unreal Engine 4” oyun qurğusunda yaradılan 40 kvadrat km ərazidə səyahət etmək mümkündür. Layihədə böyük rol oynayan səs planetdə atmosfer təzyiqinə uyğun şəkildə hazırlanıb. Bu halda fonda London simfonik orkestri tərəfindən yazılan musiqi səslənir.
Bildirilir ki, oyunçu “Valkyrie” insanabənzər robotu ilə birlikdə Mars səthini tədqiq edir. Tapşırıqlardan biri geoloji nümunələr toplayaraq onları qabaqcıl mikroskop vasitəsilə analiz etməkdir. Bundan başqa, istifadəçi real NASA konseptləri əsasında düzəldilən avadanlıqla gündəlik işləməyi öyrənmək barədə təsəvvür əldə edə biləcək.
Həmçinin oyunçu Marsa real uçuşda istifadə olunacaq texnologiyalara baxmaq və planetin 4 milyard il əvvəl olduğu görkəmini görmək imkanına malik olacaq.
Nizam Nuriyev
Yeni layihə virtual reallıqda Mars planetini öyrənəcək
“FMG Labs” studiyası ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) ilə əməkdaşlıqda “Steam” oyun servisində Mars planetinin tədqiqinə imkan verən “Mars 2030” layihəsini istifadəyə verib.“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, adi fərdi kompüterdə işə salınan oyun ilk növbədə virtual reallıq kaskaları üçün nəzərdə tutulub. Hazırda layihədən “HTC Vive” və “Oculus Rift” sahibləri yararlanır, lakin gələcəkdə ondan “PlayStation VR” istifadəçilərinin də istifadə edəcəyi gözlənilir.
Məlumata görə, “Mars 2030” layihəsində orbital peyklərin real məlumatlarından istifadə etməklə “Unreal Engine 4” oyun qurğusunda yaradılan 40 kvadrat km ərazidə səyahət etmək mümkündür. Layihədə böyük rol oynayan səs planetdə atmosfer təzyiqinə uyğun şəkildə hazırlanıb. Bu halda fonda London simfonik orkestri tərəfindən yazılan musiqi səslənir.
Bildirilir ki, oyunçu “Valkyrie” insanabənzər robotu ilə birlikdə Mars səthini tədqiq edir. Tapşırıqlardan biri geoloji nümunələr toplayaraq onları qabaqcıl mikroskop vasitəsilə analiz etməkdir. Bundan başqa, istifadəçi real NASA konseptləri əsasında düzəldilən avadanlıqla gündəlik işləməyi öyrənmək barədə təsəvvür əldə edə biləcək.
Həmçinin oyunçu Marsa real uçuşda istifadə olunacaq texnologiyalara baxmaq və planetin 4 milyard il əvvəl olduğu görkəmini görmək imkanına malik olacaq.
Nizam Nuriyev
Baxış sayı: 369
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı