Tarix:02/08/17
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, hesabata görə, şirkətin aprel-iyun aylarında xalis gəliri 8,72 milyard dollar təşkil edərək ötən ilin analoji dövrü ilə müqayisədə 12 % artıb. Lakin buna baxmayaraq, “Apple” bu göstərici üzrə ilk dəfə rübün yekunlarına görə gəliri 9,9 milyard dollar olmaqla rekorda çatan Cənubi Koreyanın “Samsung” şirkətindən geri qalıb.
Xatırladaq ki, “Samsung” şirkətinin hesabatına görə, istehsalçının aprel-iyun aylarında xalis gəliri 2016-cı illə müqayisədə 89 % artıb. Əvvəlki rüblük xalis gəlir rekordu təxminən 4 il əvvəl qeydə alınıb. O zaman Cənubi Koreya istehsalçısının mənfəəti 7,3 milyard dollara bərabər olub. “Samsung”un əməliyyat gəliri 2016-cı ilin ikinci rübü ilə müqayisədə 73 % yüksələrək 12,6 milyard dollar, rüblük mədaxili 54,5 milyard dollar təşkil edib. “Samsung” rüblük mədaxili 45,4 milyard dollara bərabər olan ABŞ istehsalçısını bu göstərici üzrə də üstələyib.
Bildirilir ki, “Samsung”un ikinci rübdə maliyyə uğuruna qabaqcıl “Galaxy S8” smartfonunun, eləcə də şirkətin istehsal etdiyi “DRAM” və “NAND” yaddaş çiplərinin yaxşı satılması səbəb olub.
Nizam Nuriyev
“Samsung” rüblük gəlirin həcminə görə ilk dəfə “Apple”i üstələyib
“Apple” şirkəti avqustun 1-də cari maliyyə ilinin üçüncü rübünün (2017-ci ilin ikinci rübünə təsadüf edir) yekunları üzrə rəsmi hesabat təqdim edib.“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, hesabata görə, şirkətin aprel-iyun aylarında xalis gəliri 8,72 milyard dollar təşkil edərək ötən ilin analoji dövrü ilə müqayisədə 12 % artıb. Lakin buna baxmayaraq, “Apple” bu göstərici üzrə ilk dəfə rübün yekunlarına görə gəliri 9,9 milyard dollar olmaqla rekorda çatan Cənubi Koreyanın “Samsung” şirkətindən geri qalıb.
Xatırladaq ki, “Samsung” şirkətinin hesabatına görə, istehsalçının aprel-iyun aylarında xalis gəliri 2016-cı illə müqayisədə 89 % artıb. Əvvəlki rüblük xalis gəlir rekordu təxminən 4 il əvvəl qeydə alınıb. O zaman Cənubi Koreya istehsalçısının mənfəəti 7,3 milyard dollara bərabər olub. “Samsung”un əməliyyat gəliri 2016-cı ilin ikinci rübü ilə müqayisədə 73 % yüksələrək 12,6 milyard dollar, rüblük mədaxili 54,5 milyard dollar təşkil edib. “Samsung” rüblük mədaxili 45,4 milyard dollara bərabər olan ABŞ istehsalçısını bu göstərici üzrə də üstələyib.
Bildirilir ki, “Samsung”un ikinci rübdə maliyyə uğuruna qabaqcıl “Galaxy S8” smartfonunun, eləcə də şirkətin istehsal etdiyi “DRAM” və “NAND” yaddaş çiplərinin yaxşı satılması səbəb olub.
Nizam Nuriyev
Baxış sayı: 346
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet