12px13px15px17px
Tarix:04/08/17

Mobil “Skype” vasitəsi ilə “PayPal” üzərindən pul göndərmək artıq mümkündür

"Skype" komandası "PayPal" ödəmə sistemi ilə razılığa gələrək "iOS" və "Android" mobil əməliyyat sistemlərinin idarəsi altında işləyən qurğular üçün mobil proqramda pul göndərmək funksiyasını işə salıb.
 
"ICTnews" Elektron Xəbər Xidməti ferra.ru saytına istinadən yazır ki, "Send Money" funksiyası ilk öncə 22 ölkədə fəaliyyət göstərəcək. Azərbaycan bu ölkələr arasında yoxdur. Sözügedən funksiyaya giriş əldə etmək üçün çatı sağ tərəfə dartaraq yeni opsiyanı seçmək lazımdır. Bu funksiyadan ilk istifadə zamanı olduğunuz yeri təsdiq etmək, bundan sonra "PayPal" hesabını "Skype" profilinə bağlamaq lazımdır.
 
Emil Hüseynov




Baxış sayı: 471

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024