12px13px15px17px
Tarix:08/08/17

“Samsung” şirkəti yeni smartfonunu rəsmən təqdim edib

“Samsung” şirkəti tərəfindən təqdim edilən “Galaxy S8 Active” smartfonu qabaqcıl “S8” aparatının daha möhkəm modifikasiyasıdır.
 
Gözlənildiyi kimi, zərbəyə davamlı korpusla təchiz edilmiş qurğu 1,5 metr hündürlükdən yerə düşməyə dayanıqlıdır. İstehsalçı iddia edir ki, smartfonun möhkəmliyi “MIL-STD-810G” hərbi standartına uyğundur. Bundan başqa, aparat “IP68” səviyyəsində su və toza qarşı davamlıdır.
 
“ICTnews” Elektron Xəbər Xidməti life.ru saytına istinadən yazır ki, “S8” istehsal xəttinin özəlliyi sayılan OLED ekran “Quad HD+” (2960x1440 piksel) təsvir ölçüsü və “Corning Gorilla Glass” qoruyucu şüşəsinə malik 5,8 düymlük “Super AMOLED” displeylə əvəz edilib.
 
Yeni aparat “Qualcomm Snapdragon 835” prosessoru, 4 QB-lıq əməli yaddaş və 64 QB-lıq daxili yaddaşla təchiz edilib. Bundan başqa, sözügedən qurğu sürətli enerjidoldurma funksiyasına malik 4000 milliamper/saat tutumlu akkumulyatora, “Bixby” səs köməkçisi dəstəyinə, həmçinin 12 meqapiksellik əsas kamera və 8 meqapiksellik ön kameraya malikdir. Smartfon “Android 7.0 Nougat” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
 
Emil Hüseynov




Baxış sayı: 318

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024