12px13px15px17px
Tarix:09/08/17

Yeni “iOS 11” əməliyyat sistemi istifadəçilərin fərdi məlumatlarını daha yaxşı mühafizə edəcək

“Apple” şirkətinin mühəndisləri “iOS 11” sistemində şəkil saxlancı ilə işləmək üçün yeni mexanizm (“write-only”) hazırlayıblar. Bu mexanizm mobil tətbiqləri tam giriş əvəzinə yalnız informasiyanı yazmaq hüququ ilə təmin etməyə imkan verir. 
 
Göründüyü kimi, “Apple” istifadəçilərin fərdi informasiyasını hakerlər üçün əlçatmaz edir. İndi mobil proqram şəkli yadda saxlamaq üçün şəkil saxlancına tam giriş hüququna malik olmalıdır.
 
“ICTnews” Elektron Xəbər Xidməti macdigger.ru saytına istinadən yazır ki, amma istifadəçilər unutmamalıdır ki, bu funksiyadan istifadə telefona qurulan mobil proqramın tərtibatçısı tərəfindən zəruri hesab edildiyi halda məqsədəuyğundur. Bu səbəbdən “Apple” şirkəti qurğuya yüklənilən əlavə mobil proqramların seçiminə diqqətlə yanaşmağı tövsiyə edir.
 
Yeni “iOS 11” sistemində istifadəçilərin mobil proqramlar üzərində idarə etmə imkanları genişləndirilib. “iOS 10”-dan fərqli olaraq yeni əməliyyat sistemində istifadəçi mobil proqramı tam giriş və ya yalnız informasiyanı yazmaq hüququ ilə təmin etməyi özü təyin edəcək.
 
Emil Hüseynov




Baxış sayı: 498

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024