12px13px15px17px
Tarix:09/08/17

“Firefox” brauzerinin “Windows” üçün yeni versiyası artıq virtual reallıq texnologiyasını dəstəkləyir

“Firefox” brauzerinin “Windows” üçün 55-ci versiyasında “WebVR” texnologiyası dəstəklənir. Bu texnologiya proqram vasitəsilə virtual reallıq qurğuları üçün müxtəlif layihələrə baxmağa imkan verir.
 
“ICTnews” Elektron Xəbər Xidməti 3dnews.ru saytına istinadən yazır ki, “WebVR” standartı vasitəsilə siz bu texnologiyanı dəstəkləyən brauzerdə istinad üzrə keçid edə və özünüzü dərhal virtual reallıqda hiss edə bilərsiniz. Bunun üçün “Firefox” brauzerinin yeni versiyasında VR ikonkasının üzərinə sıxmaq və eynəyi taxmaq kifayətdir.
 
“Firefox” brauzeri hələ ki, yalnız “HTC Vive” və “Oculus Rift” virtual reallıq qurğularını dəstəkləyir, amma gələcəkdə proqram mobil eynəyi də dəstəkləyəcək. Bu, “Mozilla” üçün prioritet məsələlərdən biridir.
 
“WebVR” standartı, həmçinin mobil və masaüstü “Chrome” brauzerində “Daydream” və “Cardboard” şlem sahibləri üçün əlçatandır. “Apple” şirkəti “High Sierra” payız yeniləməsinin çıxarılması ilə əlaqədar “macOS” sisteminə virtual reallıq dəstəyini əlavə edəcək. Həmçinin “Microsoft Edge” brauzerində virtual reallıq eksperimental dəstəklənir.
 
Emil Hüseynov




Baxış sayı: 502

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024