Tarix:09/08/17
“ICTnews” Elektron Xəbər Xidməti naked-science.ru saytına istinadən yazır ki, Avstriya və Böyük Britaniyalı alimlər tərəfindən keçirilmiş yeni araşdırmaya görə, insanlar ara-sıra səhvə yol verən robotlarla qarşılıqlı əlaqədə olmağa üstünlük verirlər. Bu, sosial təyinatlı robotların işinə aiddir. Belə robotlar "köməkçi" kimi xidmət göstərirlər: sadə məişət işləri (məsələn, əşyaların yerini dəyişdirir), film və səsli kitabları translyasiya edir, internetdə lazımi informasiyanı axtarırlar. Bəzən onlar insanın danışığını izah edə bilirlər.
Araşdırmada 16-76 yaş aralığında 45 nəfər iştirak edib. Alimlər iştirakçılara “NAO” adlı robotla danışmağı təklif ediblər. İlk sınaq zamanı insanlar robotla söhbət edib, ikinci sınaqda onlar “LEGO” detallarını müəyyən formada yerləşdiriblər. Robotların bir hissəsi elə proqramlaşdırılıb ki, bəzən səhvə yol veriblər. Məsələn, robot insana konstruktor detalını masanın üzərinə qoymaq əvəzinə döşəməyə tullamağı “tövsiyə edib”. Bundan sonra insanın güldüyü, yaxud tərəddüd etdiyi halda robot səhv tövsiyə verdiyini başa düşərək onu düzəldib. Robotların digər hissəsi səhvsiz işləyib.
Sınaqlar yekunlaşdıqdan sonra iştirakçılar robotlarla qarşılıqlı əlaqə haqda bir neçə sualı cavablandırıblar. Məlum olub ki, səhvə yol verən və onu düzəldən robotlar insanlar tərəfindən daha çox bəyənilib.
Emil Hüseynov
İnsanlar səhv edən robotlarla ünsiyyət qurmağa üstünlük verirlər
2017-ci ilin iyununda Kaliforniya universitetinin alimləri tərəfindən yaradılmış neyron şəbəkəsi robotlara istənilən formalı obyektləri 99% dəqiqliklə saxlamağı öyrətmək qabiliyyətinə malikdir. Bu texnologiya sənaye, hərb, kənd təsərrüfatı təyinatlı robotların işini yaxşılaşdıracaq. Ancaq bir sıra robot kateqoriyasına son dərəcə yüksək dəqiqlik tələb olunmur.“ICTnews” Elektron Xəbər Xidməti naked-science.ru saytına istinadən yazır ki, Avstriya və Böyük Britaniyalı alimlər tərəfindən keçirilmiş yeni araşdırmaya görə, insanlar ara-sıra səhvə yol verən robotlarla qarşılıqlı əlaqədə olmağa üstünlük verirlər. Bu, sosial təyinatlı robotların işinə aiddir. Belə robotlar "köməkçi" kimi xidmət göstərirlər: sadə məişət işləri (məsələn, əşyaların yerini dəyişdirir), film və səsli kitabları translyasiya edir, internetdə lazımi informasiyanı axtarırlar. Bəzən onlar insanın danışığını izah edə bilirlər.
Araşdırmada 16-76 yaş aralığında 45 nəfər iştirak edib. Alimlər iştirakçılara “NAO” adlı robotla danışmağı təklif ediblər. İlk sınaq zamanı insanlar robotla söhbət edib, ikinci sınaqda onlar “LEGO” detallarını müəyyən formada yerləşdiriblər. Robotların bir hissəsi elə proqramlaşdırılıb ki, bəzən səhvə yol veriblər. Məsələn, robot insana konstruktor detalını masanın üzərinə qoymaq əvəzinə döşəməyə tullamağı “tövsiyə edib”. Bundan sonra insanın güldüyü, yaxud tərəddüd etdiyi halda robot səhv tövsiyə verdiyini başa düşərək onu düzəldib. Robotların digər hissəsi səhvsiz işləyib.
Sınaqlar yekunlaşdıqdan sonra iştirakçılar robotlarla qarşılıqlı əlaqə haqda bir neçə sualı cavablandırıblar. Məlum olub ki, səhvə yol verən və onu düzəldən robotlar insanlar tərəfindən daha çox bəyənilib.
Emil Hüseynov
Baxış sayı: 358
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı