12px13px15px17px
Tarix:09/08/17

“Instagram” iki nəfər üçün video yayım funksiyasını sınaqdan keçirir

“Facebook” şirkətinə məxsus olan “Instagram” xidməti yeni funksiyanı (birgə canlı yayım) sınaqdan keçirməyə başlayıb. Sözügedən funksiya istifadəçilərə canlı yayımda iki aparıcı görməyə imkan verəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti hitech.vesti.ru saytına istinadən yazır ki, birbaşa yayım dostlar və abunəçilərlə maraqlı ünsiyyət formatıdır, ancaq təklikdə insan özünü inamsız hiss edə bilər. Yeni funksiya asanlıqla tərəfinizdən yaradılmış canlı yayıma qonaq əlavə etməyə imkan verəcək, istifadəçilər əvvəlki kimi birbaşa yayımda “Like” edə və şərh yaza bilərlər.
 
Canlı yayıma birgə çıxmaq üçün əvvəlcə istifadəçi özünə yayım yaratmalı, bundan sonra qonağı əlavə etmək üçün ekranın alt sağ küncündə iki təbəssümdən ibarət yeni düyməyə sıxmalıdır. Bundan sonra istifadəçilərin displeyində canlı yayım iki hissəyə bölünəcək. Yayımı yaradan istənilən vaxt qonağı əvəz edə bilər.
 
Yeni funksiya hələ ki, az sayda istifadəçiyə əlçatandır, ancaq “Instagram” rəsmiləri söz veriblər ki, bir neçə ay sonra yeni funksiya hamı üçün əlçatan olacaq.
Emil Hüseynov




Baxış sayı: 357

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






12 Dekabr 2017

11 12 2017

11/12/17
Avtonom avtomobillər üçün innovativ texnologiya təqdim olunub

“LG Electronics” şirkəti sürücüsüz avtomobillərin təhlükəsizliyini artırmağa imkan verən texnologiya 

11/12/17
Bu smartfon digərlərindən daha sürətli enerji toplayır

Çinin qabaqcıl smartfonunun batareyası 30 dəqiqə ərzində 53%, 1 saat müddətində isə 100% enerji ilə doldurulub.

11/12/17
Zaqatalada “Şəbəkə” xidmət mərkəzi fəaliyyətə başladı

Ölkəmizdə telekommunikasiya infrastrukturunun müasirləşdirilməsi üzrə aparılan işlər çərçivəsində Zaqatala 

11/12/17
“3D” printerdə “Wi-Fi” qurğusu çap edilib

Vaşinqton Universitetinin alimləri üçölçülü printer vasitəsilə “Wi-Fi” qurğusu çap ediblər. 

11/12/17
“Fynoti” qurğusu evi oğrulardan qoruyacaq

Mütəxəssislər ev üçün mühafizə sistemlərini əvəzləyəcək yeni “Fynoti” qurğusunu təqdim ediblər. 

11/12/17
Yeni dron ofis işçilərinin həddən artıq əməksevərliyi ilə mübarizə aparacaq

Yaponiyanın “Taisei” şirkəti ofis işçilərinin həddən artıq əməksevərliyi ilə mübarizə üçün orijinal həll təkl

11/12/17
Növbəti il “iPhone” modelləri “L” şəkilli batareya ilə təchiz ediləcək

“Apple” şirkəti “OLED” ekranlı gələcək smartfonlar üçün “L” hərfi şəklində olan batareyaların haz

11/12/17
Proqramçılar “Windows” üçün görünməz virus yaradıblar

“EnSilo” şirkətinin əməkdaşları antivirus proqramlarını keçməyə imkan verən ən yeni metod təqdim ediblər.