12px13px15px17px
Tarix:10/08/17

“Lenovo” şirkəti “K8 Note” smartfonunu təqdim edib

Çinin “Lenovo” şirkəti tərəfindən təqdim edilmiş “K8 Note” adlı yeni smartfonun əsas özəlliyi 10 nüvəli prosessor, ikiqat arxa kamera və qiymətinin ucuz olmasıdır.
 
Modeldən asılı olaraq qurğu 3 və ya 4 QB-lıq əməli yaddaş, 32 və ya 64 QB-lıq fləş kartla təchiz ediləcək. “MicroSD” dəyişib çıxarılan yaddaş kartlarının qoşulması mümkündür. 5,5 düymlük diaqonala malik displeyin təsvir ölçüsü 1920x1080 piksel təşkil edir.
 
“ICTnews” Elektron Xəbər Xidməti dailycomm.ru saytına istinadən yazır ki, əsas kameranın təsvir ölçüsü 13 və 5 meqapikseldir. Ön kameranın təsvir ölçüsü 13 meqapikseldir.
 
Smartfon, həmçinin “SIM” kartlar üçün iki konnektor, barmaq izi skaneri, “4G VoLTE”, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth 4.2”, “GPS” simsiz rabitə modulları və “FM” radio qəbuledicisi ilə təchiz edilib. Aparat “Android 7.1.1 Nougat” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Akkumulyator batareyasının tutumu 4000 milliamper/saat təşkil edir.
 
3 QB əməli yaddaş və 32 QB daxili yaddaşa malik “Lenovo K8 Note” modelinin qiyməti 203 dollar təşkil edəcək. 18 avqust tarixində bu smartfon satışa çıxarılacaq.
 
Emil Hüseynov




Baxış sayı: 320

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024