12px13px15px17px
Tarix:11/08/17

“Panasonic” şirkəti Tokio aeroportunda özü hərəkət edən kresloları sınaqdan keçirəcək

“Panasonic” şirkəti “WHILL” şirkəti ilə birgə məhdud qabiliyyətli insanlar üçün aeroportlarda istifadə məqsədilə özü hərəkət edən kreslo hazırlayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti hitech.newsru.ru saytına istinadən yazır ki, kreslo xüsusi mobil proqramın köməyi ilə idarə olunur. İstifadəçi mobil proqramda təyinat nöqtəsini göstərir, bundan sonra kreslo öz yerini müəyyənləşdirir və yaddaşa yüklənmiş aeroportun xəritəsindən istifadə edərək optimal marşrut seçir. Daxili sensorlar kreslonun hərəkətsiz maneələr və ya başqa sərnişinlərlə toqquşmasının qarşısını almağa imkan verir. Sərnişin təyinat nöqtəsinə çatdıqdan sonra kreslo özü geri qayıdır.
 
İstehsalçıların planına görə, özü hərəkət edən kresloların sınağı 8 avqust 2017-ci ildən 31 mart 2018-ci ilədək Tokionun Haneda aeroportunda keçiriləcək.
 

Emil Hüseynov






Baxış sayı: 332

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024