Tarix:11/08/17
Sözügedən nəşrin əməkdaşları təxminən 90 min planşet və noutbuk istifadəçisinin rəyini öyrəniblər. “Microsoft Surface” sahiblərinin 25%-i bildiriblər ki, qurğunu satın aldıqdan iki il sonra onların işində problemlərlə rastlaşıblar. Məsələn, qurğularda donma olur, özbaşına sönür və sensor displeyə toxunuşlara düzgün reaksiya vermir.
“ICTnews” Elektron Xəbər Xidməti dailycomm.ru saytına istinadən yazır ki, “Microsoft”un qurğusu reytinqdə ən aşağı balla qiymətləndirilib. “Apple” şirkətinin texnikası nadir hallarda sıradan çıxır: istifadəçilərin yalnız 10%-i 2 il istifadədən sonra adıçəkilən şirkətin qurğularında hansısa problemlər qeydə alıblar. “Samsung”un məhsullarında bu göstərici 16%, “Acer”də 18%, “HP Inc” və “ASUS”da 20%, “Lenovo”da 21%, “Dell”də 22%, “Toshiba”da 24% təşkil edir. “Microsoft” şirkəti reytinqə şübhə ilə yanaşıb.
"Biz “Consumer Reports” şirkətinin nəticələri ilə razı deyilik – “Microsoft”un nümayəndəsi “CNBC” telekanalına deyib. Məhsulun geri qaytarılması üzrə real faiz, dəstək səviyyəsi və istehlak məmnunluğunun dərəcəsi göstərir ki, biz bu kateqoriyadakı başqa qurğularla eyni səviyyədəyik. Biz “Surface” qurğularının etibarlılığını diqqətlə izləyirik və məhsulların keyfiyyətinə xüsusi önəm veririk.
Emil Hüseynov
Bu şirkətin qurğuları daha tez sıradan çıxır
Amerika İstehlakçılarının İttifaqı tərəfindən nəşr olunan nüfuzlu “Consumer Reports jurnalı “Microsoft Surface” qurğularını satın almağı tövsiyə etməyi dayandırıb, çünki bu qurğular digərləri ilə müqayisədə daha tez sıradan çıxırlar.Sözügedən nəşrin əməkdaşları təxminən 90 min planşet və noutbuk istifadəçisinin rəyini öyrəniblər. “Microsoft Surface” sahiblərinin 25%-i bildiriblər ki, qurğunu satın aldıqdan iki il sonra onların işində problemlərlə rastlaşıblar. Məsələn, qurğularda donma olur, özbaşına sönür və sensor displeyə toxunuşlara düzgün reaksiya vermir.
“ICTnews” Elektron Xəbər Xidməti dailycomm.ru saytına istinadən yazır ki, “Microsoft”un qurğusu reytinqdə ən aşağı balla qiymətləndirilib. “Apple” şirkətinin texnikası nadir hallarda sıradan çıxır: istifadəçilərin yalnız 10%-i 2 il istifadədən sonra adıçəkilən şirkətin qurğularında hansısa problemlər qeydə alıblar. “Samsung”un məhsullarında bu göstərici 16%, “Acer”də 18%, “HP Inc” və “ASUS”da 20%, “Lenovo”da 21%, “Dell”də 22%, “Toshiba”da 24% təşkil edir. “Microsoft” şirkəti reytinqə şübhə ilə yanaşıb.
"Biz “Consumer Reports” şirkətinin nəticələri ilə razı deyilik – “Microsoft”un nümayəndəsi “CNBC” telekanalına deyib. Məhsulun geri qaytarılması üzrə real faiz, dəstək səviyyəsi və istehlak məmnunluğunun dərəcəsi göstərir ki, biz bu kateqoriyadakı başqa qurğularla eyni səviyyədəyik. Biz “Surface” qurğularının etibarlılığını diqqətlə izləyirik və məhsulların keyfiyyətinə xüsusi önəm veririk.
Emil Hüseynov
Baxış sayı: 371
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet