12px13px15px17px
Tarix:14/08/17

Şəffaflığı dəyişdirilən pəncərələr yaradılıb

Amerikalı alimlər düyməyə sıxmaqla tamamilə şəffaf olan, yaxud günəş işığının qarşısını alan şüşənin yaradılması üçün yeni texnologiya təklif ediblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti naked-science.ru saytına istinadən yazır ki, hazırda şəffaflığı dəyişdirilə bilən "ağıllı" pəncərələr  mövcuddur və sərnişinlər bəzi “The Boeing 787 Dreamliner” hava gəmilərində düyməyə sıxmaqla öz illüminatorlarının şəffaflığını dəyişdirə bilirlər. Bu cür həllər şüşənin qatları arasında çəkilmiş xüsusi geldən istifadə nəticəsində mümkün olur: elektrik enerjisinin verilməsi şəffaflığı dinamik dəyişdirməyə imkan verir. Digər tərəfdən, bu yanaşma kifayət qədər baha başa gəlir, şəffaf vəziyyət keçid 20 dəqiqəyə kimi vaxt alır və gel isə vaxt keçdikdə öz xüsusiyyətini itirir.
 
Buna görə Maykl Makqinin başçılığı altında Stenford Universitetinin alimləri tamamilə yeni texnologiya təklif ediblər. Alimlərin sözlərinə görə, onlar tərəfindən düzəldilmiş "ağıllı" pəncərələr 1 dəqiqə ərzində şəffaf vəziyyətdən tutqun vəziyyətə və əksinə keçmək qabiliyyətinə malikdir. Belə şüşə platin nanozərrəciklərlə aşkarlanmış və mis ionlarının mənbəyi ilə birləşdirilmiş elektrik keçirici və şəffaf indium oksid-qalaydan hazırlanır.
 
Alimlərin sözlərinə görə, laboratoriyada işlək prototip heç bir deqradasiyaya uğramadan ümumilikdə 5500 dəfə bir vəziyyətdən başqa vəziyyətə keçib.
 
Emil Hüseynov
 





Baxış sayı: 575

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024