Tarix:15/08/17
“ICTnews” Elektron Xəbər Xidməti hi-news.ru saytına istinadən yazır ki, süni sümüklər çap etmək və cərrahi əməliyyat etmək asan deyildi, çünki protezlər əsl fəqərə sümüklərinin formasını son dərəcə dəqiq təkrarlamalı idi. Bundan başqa, əməliyyatın uğurla keçəcəyinə ümid az idi, həkimlər cərrahi müdaxilə nəticəsində pasiyentin iflic ola biləcəyini də istisna etmirdilər. Bundan başqa, pasiyentin çəkisinin ağır, boynunun isə qısa olması işi çətinləşdirirdi, həm də xərçəng şişi vacib arteriyaların yanında yerləşirdi.
İndi pasiyent 13 saat davam etmiş əməliyyatın iki mərhələsindən sonra bərpa olur. O, hələ başını döndərməsə də, amma artıq hərəkət edir.
Emil Hüseynov
3D printerdə çap edilmiş fəqərə sümükləri pasiyentin həyatını xilas edib
Bu ilin yazında 28 yaşlı Şanxay sakininə sümük xərçəngi diaqnozu qoyulmuşdu. Müayinə zamanı cərrahi əməliyyat etməyə qərar verilmişdi, amma bir sıra çətinliklər var idi. Lakin Çin mütəxəssisləri müalicədə uğur əldə edərək xərçəng şişinin təsirinə məruz qalmış 6 fəqərə sümüyünü əvəz ediblər. Bunun üçün 3D printerdən istifadə ediblər.“ICTnews” Elektron Xəbər Xidməti hi-news.ru saytına istinadən yazır ki, süni sümüklər çap etmək və cərrahi əməliyyat etmək asan deyildi, çünki protezlər əsl fəqərə sümüklərinin formasını son dərəcə dəqiq təkrarlamalı idi. Bundan başqa, əməliyyatın uğurla keçəcəyinə ümid az idi, həkimlər cərrahi müdaxilə nəticəsində pasiyentin iflic ola biləcəyini də istisna etmirdilər. Bundan başqa, pasiyentin çəkisinin ağır, boynunun isə qısa olması işi çətinləşdirirdi, həm də xərçəng şişi vacib arteriyaların yanında yerləşirdi.
İndi pasiyent 13 saat davam etmiş əməliyyatın iki mərhələsindən sonra bərpa olur. O, hələ başını döndərməsə də, amma artıq hərəkət edir.
Emil Hüseynov
Baxış sayı: 321
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet