12px13px15px17px
Tarix:17/08/17

“Motorola” şirkəti özü bərpa olan ekrana malik smartfonu patentləyib

Çinin "Lenovo Group" şirkətinə məxsus olan ABŞ-ın "Motorola Mobility" ka şirkəti özü bərpa olunan displeyə malik smartfonu patentləyib. ABŞ-ın "SlashGear" internet portalının məlumatına görə, aparatdan ayrılan istilik plastik və ya polimer şüşədən hazırlanmış displeydəki xırda cızıqları bərpa edə bilər.
 
"ICTnews" Elektron Xəbər Xidməti tass.ru saytına istinadən yazır ki, jurnalistlər şirkət tərəfindən ixtira üçün alınmış patentin surətini ələ keçirməyə nail olublar. Yeni smartfon ekrandakı zədələnmənin xarakterini (kiçik çat və cızıq) özü müəyyənləşdirərək bu barədə istifadəçini xəbərdar edəcək.
 
Şüşənin özünü bərpa etmə prosesi istifadəçinin komandası üzrə işə düşür. Smartfonun yaddaşında ekranın ilkin forması haqda informasiya saxlanılır. Aparata qurulmuş istilik elementi ekranda göstərilmiş sahəni isidir və zədələri bərpa edir.
 
Lakin yeni texnologiya bütün zədələri (məsələn, tamamilə sınmış ekran) aradan qaldıra bilməyəcək.
 
Emil Hüseynov




Baxış sayı: 379

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024