12px13px15px17px
Tarix:17/08/17

“ASUS” şirkətinin “Windows 10 S” sistemi ilə işləyən ilk noutbuku təqdim edilib

“ASUS” şirkəti yeni “Windows 10 S” əməliyyat sistemi ilə işləyən “VivoBook W202” adlı ilk noutbukunu təqdim edib.
 
Bu noutbuk 1366x768 piksel təsvir ölçülü 11,6 düymlük ekran (ekran 180 dərəcə fırlanır), iki nüvəli “Intel Celeron N3350” prosessoru, 4 QB əməli yaddaş və 64 QB-lıq daşıyıcı ilə təchiz edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti dailycomm.ru saytına istinadən yazır ki, yığcam kompüter, həmçinin “HDMI” və “USB 3.0” portları, “SD” yaddaş kartları üçün slot, 0,3 meqapiksellik veb kamera, “Bluetooth” və “Wi-Fi” simsiz kommunikasiya modulları ilə təchiz edilib. Bir neçə mikrofon sayəsində qurğu “Cortana” xidməti vasitəsilə səs komandalarını 4 metrədək məsafədən tanımaq qabiliyyətinə malikdir.
 
Qurğunun ölçüləri 29,4x20x2,25 sm, çəkisi 910 qram təşkil edir. Noutbukun avtonom iş vaxtı 11 saatdır.
 
Noutbuka yeni “Windows 10 S” əməliyyat sistemi quraşdırılıb. Sözügedən sistem adi "Windows 10" ilə müqayisədə daha sürətli işləyir və yüksək təhlükəsizlik səviyyəsinə malikdir.
 
Təhsil seqmenti üçün nəzərdə tutulmuş “ASUS VivoBook W202” modeli 279 dollara təklif edilir.
 
Emil Hüseynov




Baxış sayı: 341

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024