12px13px15px17px
Tarix:18/08/17

Pedalların əvəzinə "Go" və "Stop now" düymələrinə malik avtomobil patentlənib

“Google” şirkətinə məxsus “Waymo” şirkəti uzun müddətdir sürücüsüz texnologiyalar üzərində işləyir, amma sözügedən şirkətin işi yalnız proqram təminatının yaradılması ilə məhdudlaşmır. Şirkətin mütəxəssisləri müxtəlif yeniliklər fikirləşir və onu patentləşdirirlər. Belə yeniliklərdən biri avtomobillər üçün yaradılmış futuristik cihaz panelidir. Bu paneldə sükan və müxtəlif indikatorların əvəzinə bir neçə düymə yerləşdirilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti hi-news.ru saytına istinadən yazır ki, patentə əlavə edilmiş təsvirdən göründüyü kimi, "Go" və "Stop now" düymələri yeni panelin mərkəzində yerləşir. Bundan başqa, elektrik şüşə qaldıranı, qapıları bloka salan, işıqlandırma tənzimləyicisi və oturacaq qızdırıcısı düymələri var. Lakin patentə əlavə edilmiş sənədə əsasən, sərnişinlərin belə konsolun köməyi ilə lazımi marşrutu necə təyin edəcəyini başa düşmək olmur. 

Ehtimal ki, avtomobil səsli idarəetmə və ya mobil proqram vasitəsilə idarə olunacaq. Həmçinin fövqəladə hal zamanı avtomobili "Stop now" düyməsi ilə dayandırmaq mümkün olacaq.
 
Emil Hüseynov




Baxış sayı: 307

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024