12px13px15px17px
Tarix:21/08/17

“Google”-un süni intellekti şəkillərdən su nişanlarını silməyi öyrənib

Su nişanları (filiqran) şəkli kopyalamadan qorumaq üçün ən etibarlı üsul hesab edilir. Ancaq bu metod da artıq effektiv deyil. Belə ki, “Google” şirkəti süni intellektə istənilən şəkildən filiqranı silməyi öyrədib. Yeni texnologiyanın işini bir sıra şəkillərdə nümayiş etdiriblər. İstehsalçılar, həmçinin süni intellektin işini çətinləşdirmək barədə məlumat veriblər.

“ICTnews” Elektron Xəbər Xidməti 4pda.ru saytına istinadən yazır ki, mürəkkəb filiqranların bütün şəkildən silinməsi qeyri-mümkün görünə bilər, ancaq eyni nişanlara malik çoxsaylı şəklin təhlili və müqayisəsi süni intellektə bu çətin işin öhdəsindən gəlməkdə kömək edir. Süni intellekt filiqranın naxışını qeydə alır, optimal alqoritm seçir və bundan sonra heç bir problem olmadan fon təsvirini ayırır.

Bu texnologiya fotobank sahiblərinə zərər vura bilər, buna görə “Google”, həmçinin alqoritmin qarşısını almaq üsulunu nümayiş etdirib. Bundan ötrü hər bir şəkildəki su nişanını yalnız bir az uzatmaq lazımdır. Fərq adi gözlə görünməyəcək, ancaq süni intellekt nişanı tamamilə silə bilməyəcək və şəkildə izlər qalacaq. Bundan başqa, fotobanklar su nişanlarının əlavə edilməsi alqoritminə təsadüflük daxil edə bilərlər.

Emil Hüseynov




Baxış sayı: 122

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Sentyabr 2017

23 09 2017

23/09/17
2020-ci ildə Yer kürəsi sakininin hər birinə 4 internetə qoşulan qurğu düşəcək

Alimlər 2020-ci ildə internetə qoşulan qurğuların sayının hazırkı 8,5 milyarddan 24 milyardadək artacağını 

23/09/17
Robot stomatoloq ilk əməliyyatını edib

Çin mütəxəssislərinin hazırladığı robot diş həkimi fəaliyyətə başlayaraq ilk əməliyyatını keçirib. 

23/09/17
“Xiaomi Mi 7” smartfonu simsiz enerjidoldurmanı dəstəkləyəcək

“Xiaomi” smartfonlarının indiyədək simsiz enerjidoldurma funksiyasını dəstəkləməməsinə baxmayaraq 

23/09/17
“Google Play” servisi əlavələr üçün böyük platformaya çevrilib

“Google Play” mağazası əlavələrin yayılması üçün dünyada böyük platformaya çevrilib. Bu barədə

23/09/17
Barmaq izinin tanınması sistemlərində boşluqları aşkarlayacaq süni barmaq yaradılıb

Miçiqan Universitetinin alimləri barmaq izinin skan edilməsi texnologiyasının aldadılması üçün süni barmaq