Tarix:21/08/17
"Yeni texnologiya danışığı peşəkar transkribatorlar (audi və video materialların mətnə tərcümə edən şəxslər) kimi tanıyır" – şirkətin bloqunda deyilir. “Microsoft Artificial Intelligence” bölməsinin mütəxəssisləri yoxlamalar üçün “Switchboard” yazılarından istifadə ediblər. Bu naməlum insanlar arasında müxtəlif mövzular üzrə 2400 telefon danışığından ibarət kolleksiyadır.
“ICTnews” Elektron Xəbər Xidməti therunet.com saytına istinadən yazır ki, ötən illə müqayisədə danışığın tanınması sisteminin işində dəqiqlik 12% yaxşılaşıb. Bu, akustik və dil modellərinə əsaslanan neyron şəbəkələrində dəyişikliklər nəticəsində mümkün olub. İndi sistem növbəti söz və ifadəni öncədən söyləmək üçün bütün söhbətin məzmunundan istifadə edir.
“Microsoft”un danışığın tanınması sistemi “Cortana”, “Presentation Translator” və “Cognitive Services” kimi servislərin işində tətbiq olunur.
Emil Hüseynov
“Microsoft” danışığın tanınması dəqiqliyi üzrə yeni rekorda imza atıb
“Microsoft” şirkəti danışığın tanınması sisteminin işindəki səhvləri 5,1%-dək azaldıb. Bu yeni rekorddur, əvvəlki göstərici 5,9%-ə bərabər idi."Yeni texnologiya danışığı peşəkar transkribatorlar (audi və video materialların mətnə tərcümə edən şəxslər) kimi tanıyır" – şirkətin bloqunda deyilir. “Microsoft Artificial Intelligence” bölməsinin mütəxəssisləri yoxlamalar üçün “Switchboard” yazılarından istifadə ediblər. Bu naməlum insanlar arasında müxtəlif mövzular üzrə 2400 telefon danışığından ibarət kolleksiyadır.
“ICTnews” Elektron Xəbər Xidməti therunet.com saytına istinadən yazır ki, ötən illə müqayisədə danışığın tanınması sisteminin işində dəqiqlik 12% yaxşılaşıb. Bu, akustik və dil modellərinə əsaslanan neyron şəbəkələrində dəyişikliklər nəticəsində mümkün olub. İndi sistem növbəti söz və ifadəni öncədən söyləmək üçün bütün söhbətin məzmunundan istifadə edir.
“Microsoft”un danışığın tanınması sistemi “Cortana”, “Presentation Translator” və “Cognitive Services” kimi servislərin işində tətbiq olunur.
Emil Hüseynov
Baxış sayı: 492
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)