12px13px15px17px
Tarix:23/08/17

Yeni süni intellekt sadə videokamera vasitəsilə istənilən emosiyanı tanıyır

Media məzmun istehsalçıları üçün serialda hansı səhnənin tamaşaçı tərəfindən daha çox bəyənildiyini bilmək mühüm əhəmiyyət kəsb edir və onlar həqiqi emosiyaların tanınması sistemi üçün yaxşı pul ödəməyə hazırdırlar. Təklifi dəyərləndirən “Silver Logic Labs” şirkəti ixtisaslaşdırılmış süni intellekt hazırlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, insanın üz ifadəsi üzrə emosiyaların tanınması alqoritminin kommersiya dəyəri yüksəkdir və məxfi saxlanılır. “Silver Logic Labs” şirkətinin nümayəndəsi bildirir  ki, onlar sözügedən texnologiyanı mükəmməl vəziyyətə çatdırıblar, onun işləməsi üçün sadəcə kifayət qədər yüksək təsvir ölçüsünə malik rəqəmli kamera lazımdır. Rəqəmli kamera mimik əzələlərin xırda hərəkətlərini saniyə ərzində bir neçə dəfə skan edir ki, bu da yalnız ani emosiyanı tanımağı deyil, həm də müəyyən vaxt ərzində tamaşaçının əhval-ruhiyyəsindəki dəyişikliyi izləməyə imkan verir.

Maraqlıdır ki, emosiyaları tanıyan bu sistemin avadanlığa tələbi çox sadədir. Məsələn, sözügedən sistem polis kameraları ilə işləmək qabiliyyətinə malikdir. Xəstəxana və ya qocalar evində qurulmuş videomüşahidə sisteminə uyğunlaşdırıldıqda pasiyentdə ürək tutmasını öncədən bilmək olar.

Emil Hüseynov




Baxış sayı: 368

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024