12px13px15px17px
Tarix:24/08/17

Süni intellekt ilk dəfə albom üçün musiqi yazıb

Süni intellekt tərəfindən musiqi əsərlərinin bəstələnməsi, musiqi albomlarının yazılması artıq reallıqdır. Belə ki,  “IAMAI” musiqi albomu tamamilə elektron bəstəkar tərəfindən yazılmış musiqidən ibarətdir.

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, ilk öncə “Amper” süni intellekti mağaza və ofislər üçün sakit mahnılar  bəstələməli idi ki, onların sahiblərinin müəlliflik hüququ ilə bağlı problem olmasın. Amma sonra süni intellektin yaradıcıları belə proqramın əsl mahnıların yaradılmasında faydalı ola biləcəyi barədə düşünüblər.

Müğənni Tarin Sautern ilə birgə ilk albomun çıxarılmasına dair qərar verilib. Sözlərin müəllifi olan müğənni həm də vokal partiyalarını ifa edib. O, temp, ritm və musiqi stili təyin edib, “Amper” süni intellekti isə saniyələr ərzində onun sözlərinə musiqi bəstələyib.

Süni intellekt öz iştirakı ilə ilk klipin yaradılmasında iştirak edib. Əlbəttə, bu kompozisiyanı musiqi sənətinin şah əsəri adlandırmaq çətindir, amma bu, yalnız başlanğıcdır.

Emil Hüseynov






Baxış sayı: 403

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024