Tarix:29/08/17
"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, platforma saniyədə 39,5 trilyon hesablama əməliyyatı yerinə yetirmək gücünə malikdir. Bu, süni intellektə operativ məlumatların real vaxt rejimində emalına imkan verir ki, bu da axtarış sorğuları, video, ötürücü məlumatları ilə işdə və ya istifadəçilərlə əlaqədə əhəmiyyət kəsb edir.
Məlumata görə, "Project Brainwave" üç əsas qatdan ibarətdir: yüksək məhsuldarlıqlı paylayıcı arxitektura, "FGPA" (Field-Programmable Gate Arrays proqramlaşdırılan ventil matrisaları) əsasında yaradılan dərin neyron şəbəkə aparat mühərriki (DNN), icra vaxtını göstərən əlavəyə malik kompilyator.
"Project Brainwave" hazırda "Microsoft Cognitive Toolkit" və "Google Tensorflow" süni intellekt proqramlarını dəstəkləyir. Gələcəkdə digər əksər platformaların da əlavə olunması nəzərdə tutulur. "Microsoft" həlli 2018-ci ildə "Azure" "bulud" infrastrukturunda tətbiq etməyə hazırlaşır.
Nizam Nuriyev
Süni intellektin tez öyrənilməsi üçün platforma təqdim olunub
"Microsoft" korporasiyası süni intellektin öyrənilməsi prosesinin sürətləndirilməsi üçün platforma təqdim edib. "Project Brainwave" adlanan həllin "Azure" "bulud" infrastrukturuna tətbiqi planlaşdırılır."ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, platforma saniyədə 39,5 trilyon hesablama əməliyyatı yerinə yetirmək gücünə malikdir. Bu, süni intellektə operativ məlumatların real vaxt rejimində emalına imkan verir ki, bu da axtarış sorğuları, video, ötürücü məlumatları ilə işdə və ya istifadəçilərlə əlaqədə əhəmiyyət kəsb edir.
Məlumata görə, "Project Brainwave" üç əsas qatdan ibarətdir: yüksək məhsuldarlıqlı paylayıcı arxitektura, "FGPA" (Field-Programmable Gate Arrays proqramlaşdırılan ventil matrisaları) əsasında yaradılan dərin neyron şəbəkə aparat mühərriki (DNN), icra vaxtını göstərən əlavəyə malik kompilyator.
"Project Brainwave" hazırda "Microsoft Cognitive Toolkit" və "Google Tensorflow" süni intellekt proqramlarını dəstəkləyir. Gələcəkdə digər əksər platformaların da əlavə olunması nəzərdə tutulur. "Microsoft" həlli 2018-ci ildə "Azure" "bulud" infrastrukturunda tətbiq etməyə hazırlaşır.
Nizam Nuriyev
Baxış sayı: 467
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)