12px13px15px17px
Tarix:31/08/17

“Samsung Galaxy S9” barədə ilk məlumatlar açıqlanıb

İnternetdə “Samsung” şirkətinin 2018-ci ilin birinci yarısında buraxılacaq yeni qabaqcıl “Samsung Galaxy S9” smartfon modeli barədə ilk məlumatlar dərc edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, məlumata görə, yeni qurğu növbəti ildə qabaqcıl modellər üçün etalon olacaq “Qualcomm Snapdragon 845” prosessoru və ya “Samsung Exynos 9810” çipi əsasında işləyəcək.

Bildirilir ki, proqram platforması qismində “UI Experience 9.0” interfeysli “Android 8.0 Oreo” əməliyyat sistemindən istifadə planlaşdırılır.  

Həmçinin, şirkətin operativ yaddaş tutumunu artırmayaraq onu 4 giqabayt səviyyəsində saxlayacağı gözlənilir. Altı giqabaytın 2018-ci ildə “Note” istehsal xətti üçün əsas üstünlük olacağı ehtimal edilir.

“Samsung Galaxy S9” smartfonunun böyüdülmüş “Plus” versiyasının da buraxılacağı qeyd olunur. “Infinity Display” ekranı ilə təchiz ediləcək hər iki qurğunun tərəflərinin nisbəti 18,5:9, təsvir ölçüsü 2960×1440 piksel təşkil edəcək. Modellərin ölçüsü barədə məlumat verilmir.

Qeyd olunur ki, “iPhone 8” modeli oxşar texniki xüsusiyyətlərə malik olmayacağı təqdirdə Cənubi Koreya istehsalçısının yeni smartfonunun barmaq izi skaneri ekrana quraşdırılan ilk populyar qurğu olacağı gözlənilir. Bundan əlavə, “Samsung Galaxy S9” qoşa kamera ilə təchiz ediləcək.

Nizam Nuriyev 




Baxış sayı: 369

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024