12px13px15px17px
Tarix:06/09/17

Şəffaf “Panasonic” televizoru nümayiş olunub

Yaponiyanın “Panasonic” elektronika istehsalçısı “IFA 2017” beynəlxalq sərgisi çərçivəsində ilk dəfə ictimaiyyətə “OLED” matrisalı şəffaf televizor prototipini təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, texnologiya “ağıllı şüşə” adlanır. Hazırda belə panellərdə teleseriallara və filmlərə baxmaq müəyyən narahatlıq yaradacağı üçün onlardan harada istifadə oluna biləcəyini təsəvvür etmək çətindir. Lakin mütəxəssislər əmindir ki, gələcəkdə onları “ağıllı” mebelə, müxtəlif məişət texnikasına inteqrasiya etmək, eləcə də interyer bəzəyi kimi istifadə mümkün olacaq.

Məlumata görə, şəffaf televizor ekranının təsvir ölçüsü 3840 x 2160 piksel təşkil edir ki, bu da “Ultra HD” standartına bərabərdir. Qurğu tam multimedia mərkəzi funksiyalarına, o cümlədən internetə çıxış, musiqi dinləmək, səsli komandaların tanınması imkanlarına malikdir.

Bildirilir ki, “Panasonic” şirkətinin sərgi stendində televizor gözəl demoversiya nümayiş etdirib, qurğunun altında isə müxtəlif animasiyaları göstərən əlavə ekran quraşdırılıb. Ekranın arxasında, həmçinin sərgi iştirakçılarının panelin şəffaflığını qiymətləndirməsi üçün iki şəffaf şüşə piramida yerləşdirilib.

Nizam Nuriyev
 





Baxış sayı: 374

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024