Tarix:06/09/17
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, süni intellekt müxtəlif cüzi və dözülməz ağrı hissləri keçirən insan sifətlərinin çoxsaylı videofraqmentinin köməyi ilə “öyrədilib”. Bundan başqa, kompüter ağrıları təqlid edən simulyant və aktyorların davranışını öyrənib.
Məlumata görə, nəticədə süni intellekt üz ifadələrinin dəyişməsinə görə hətta kənar cüzi ağrı hisslərinin təzahürünü müəyyənləşdirməyə başlayıb. Müəlliflər nümunə kimi burun və ağız nahiyələrində ağrıların olmasını 100 faizlik dəqiqliklə ifadə edən və simulyasiyaya imkan verməyən əzələlərin hərəkətini göstəriblər.
Texnologiya müəllifi doktor Ceffri Konun sözlərinə görə, bu, çox rahat sistemdir. “İnsanlar ağrını müxtəlif cür hiss və ifadə edirlər. Bu səbəbdən həkimlər bəzən insanın halının nə dərəcədə pis olmasını başa düşməkdə çətinlik çəkirlər. Biz sistemi “bulud” texnologiyasına keçirərək mobil proqram şəklində buraxmaq üzərində düşünürük. Lakin hələlik əsas versiya üzərində işi başa çatdırmalıyıq”, - doktor bildirib.
Nizam Nuriyev
Süni intellekt simulyant xəstələri müəyyənləşdirəcək
ABŞ-ın Pittsburq Universitetinin alimlər qrupu xüsusi alqoritmlər vasitəsilə ağrı hisslərinin gücünü qiymətləndirə bilən süni intellekt sistemi yaradıb.“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, süni intellekt müxtəlif cüzi və dözülməz ağrı hissləri keçirən insan sifətlərinin çoxsaylı videofraqmentinin köməyi ilə “öyrədilib”. Bundan başqa, kompüter ağrıları təqlid edən simulyant və aktyorların davranışını öyrənib.
Məlumata görə, nəticədə süni intellekt üz ifadələrinin dəyişməsinə görə hətta kənar cüzi ağrı hisslərinin təzahürünü müəyyənləşdirməyə başlayıb. Müəlliflər nümunə kimi burun və ağız nahiyələrində ağrıların olmasını 100 faizlik dəqiqliklə ifadə edən və simulyasiyaya imkan verməyən əzələlərin hərəkətini göstəriblər.
Texnologiya müəllifi doktor Ceffri Konun sözlərinə görə, bu, çox rahat sistemdir. “İnsanlar ağrını müxtəlif cür hiss və ifadə edirlər. Bu səbəbdən həkimlər bəzən insanın halının nə dərəcədə pis olmasını başa düşməkdə çətinlik çəkirlər. Biz sistemi “bulud” texnologiyasına keçirərək mobil proqram şəklində buraxmaq üzərində düşünürük. Lakin hələlik əsas versiya üzərində işi başa çatdırmalıyıq”, - doktor bildirib.
Nizam Nuriyev
Baxış sayı: 351
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet