12px13px15px17px
Tarix:06/09/17

“Huawei” şirkəti “Honor V9 Play” smartfonunu təqdim edib

“Huawei” şirkəti “Honor” smartfonlar xəttini yeniləyib. Daktiloskopik skaner ilə təchiz edilmiş və “Android 7.0 Nougat” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən ucuz “Honor V9 Play” modeli təqdim edilib.

Yeni qurğu metal korpusa malikdir və 1,5 QHs-dək takt tezlikli səkkiznüvəli “MediaTek MT6750” prosessoru və “Mali T860” qrafik sürətləndiricisi ilə idarə olunur. Əməli və daxili yaddaşın tutumu müvafiq olaraq 4 və 32 QB təşkil edir. Sonuncu 128 QB-dək tutuma malik “microSD” daşıyıcısının köməyi ilə artırıla bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, smartfon 1280x720 piksel təsvir ölçülü 5,2 düymlük diaqonallı ekrana malikdir. Akkumulyator batareyasının tutumu 3000 milliamper/saat təşkil edir.

Əsas kamera 13 meqapiksellik sensor, faza avtofokusu, LED işıqlandırıcı və “Full HD” formatında video yazmaq xüsusiyyətlərinə malikdir. Selfi və videorabitə üçün 8 meqapiksellik kamera nəzərdə tutulub.

Aparat SİM kartlar üçün iki slot və aşağıdakı simsiz rabitə modullarına malikdir: “4G LTE”, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth 4.1 LE” və “GPS”. Barmaq izləri skaneri var.

“Huawei Honor V9 Play” smartfonu qızılı, mavi, qırmızı və qara rəngli korpuslarda əlçatandır. 12 sentyabr 2017-ci ildə satışa çıxarılacaq smartfonun qiyməti 153 dollar təşkil edəcək.

Emil Hüseynov



Baxış sayı: 88

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 May 2020

28 05 2020