12px13px15px17px
Tarix:07/09/17

Smartfonlar beyin silkələnməsini diaqnozlaşdıracaq

Vaşinqton Universitetinin tədqiqatçıları beyin silkələnməsini diaqnozlaşdırmağa imkan verən yeni mobil proqram yaradıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, smartfonlar üçün yeni əlavə beyin silkələnməsi sahəsində xəstəxanadan kənar diaqnozqoymanın ən yaxşı metodu hesab edilir. Göz bəbəyinin skan edilməsi üçün mobil qurğunun kamerasından istifadə sayəsində hətta zəif silkələnmənin əlamətlərini aşkarlamaq mümkündür.

Məlumata görə, “PupilScreen” adlanan texnologiya bəbəklərin işığa reaksiyasının (bəbək refleksi) izlənilməsi vasitəsilə işləyir ki, bu da uzun müddətdir baş-beyinin travmatik zədələrinin müəyyənləşdirilməsi üçün istifadə olunur.

Bəbək refleksindən ciddi zədələrin qiymətləndirilməsi üçün istifadə olunmasına baxmayaraq bu yaxınlarda aparılan tədqiqatlardan məlum olub ki, metod, həmçinin yüngül formalı silkələnmələri aşkarlamağa imkan verir. Bu səbəbdən universitetin tədqiqatçılar qrupu bəbək refleksinin gözlə görünməyən zədələrə reaksiyasını təhlil etmək üçün kompüter təlimli smartfon kamerasından istifadə edən proqram hazırlayıblar.

Bildirilir ki, smartfon işıqlandırıcısı bəbəyin stimulyasiyasına xidmət edir, proqram təminatı alqoritmləri isə bəbəyin işıq siqnalının verilməsi nəticəsində formasını dəyişməsini müəyyənləşdirir. Tədqiqatçılar, həmçinin yeni əlavənin sağlam və zədəli xəstələrin daxil olduğu 48 nəfərin iştirakı ilə sınağını keçiriblər. Onlar proqramdan istifadə etməklə baş-beyin travmalarına100 faizlik dəqiqliklə diaqnoz qoymağa nail olublar.

Yaxın aylarda daha geniş klinik sınaqlar keçirməyi planlaşdıran tədqiqatçılar texnologiyanın təkmilləşdirilməsi üzərində işi davam etdirəcəklər.

Nizam Nuriyev
 





Baxış sayı: 327

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024