Tarix:09/09/17
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, hazırda şirkətlər danışıqların sonuncu mərhələsindədir. Axtarış nəhənginin həm smartfon istehsalı üzrə bölmənin alışını, həm də Tayvan şirkəti ilə strateji əməkdaşlıq imkanlarını nəzərdən keçirməsi qeyd olunur.
Məlumata görə, mobil biznesin satılacağı təqdirdə “HTC” şirkəti “Vive” virtual reallıq kaskasının və bir sıra digər qurğuların istehsalını davam etdirəcək. Mümkün sazişin məbləği və müddəti hələlik açıqlanmır.
Ekspertlər qeyd edir ki, “HTC” bölmələrindən birinin “Google” tərəfindən satın alınması gözlənilən addım olub. Çünki məhz Tayvan şirkəti “Google Pixel” və “Pixel XL” smartfonlarının istehsalı ilə məşğuldur. Bundan başqa, “HTC” zavodlarında hazırda “Pixel 2” smartfonunun kiçik modelinin yığılması barədə məlumatlar yer alıb.
Bildirilir ki, ötən il Tayvan istehsalçısı üçün 13 il ərzində ən zərərli il olub. Son maliyyə hesabatına görə, şirkətin mədaxili 2 dəfədən çox - 51,1 faiz azalıb. “HTC” qabaqcıl “U11” smartfonunu buraxmaqla vəziyyətdən çıxmağa çalışsa da, qurğu istehlakçıların ümidini doğrultmayıb və satışları uğursuzluqla nəticələnib.
Nizam Nuriyev
“Google” məşhur smartfon istehsalçısını satın alacaq
“Google” axtarış sistemi “HTC” şirkətinin mobil bölməsini satın almaq niyyətindədir.“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, hazırda şirkətlər danışıqların sonuncu mərhələsindədir. Axtarış nəhənginin həm smartfon istehsalı üzrə bölmənin alışını, həm də Tayvan şirkəti ilə strateji əməkdaşlıq imkanlarını nəzərdən keçirməsi qeyd olunur.
Məlumata görə, mobil biznesin satılacağı təqdirdə “HTC” şirkəti “Vive” virtual reallıq kaskasının və bir sıra digər qurğuların istehsalını davam etdirəcək. Mümkün sazişin məbləği və müddəti hələlik açıqlanmır.
Ekspertlər qeyd edir ki, “HTC” bölmələrindən birinin “Google” tərəfindən satın alınması gözlənilən addım olub. Çünki məhz Tayvan şirkəti “Google Pixel” və “Pixel XL” smartfonlarının istehsalı ilə məşğuldur. Bundan başqa, “HTC” zavodlarında hazırda “Pixel 2” smartfonunun kiçik modelinin yığılması barədə məlumatlar yer alıb.
Bildirilir ki, ötən il Tayvan istehsalçısı üçün 13 il ərzində ən zərərli il olub. Son maliyyə hesabatına görə, şirkətin mədaxili 2 dəfədən çox - 51,1 faiz azalıb. “HTC” qabaqcıl “U11” smartfonunu buraxmaqla vəziyyətdən çıxmağa çalışsa da, qurğu istehlakçıların ümidini doğrultmayıb və satışları uğursuzluqla nəticələnib.
Nizam Nuriyev
Baxış sayı: 354
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet