12px13px15px17px
Tarix:09/09/17

Yeni “iPhone” modeli “Apple” smartfonları arasında ən bahalısı olacaq

Sentyabrın 12-də təqdim ediləcək yeni “iPhone 8” modeli “Apple” smartfonları arasında ən bahalısı olacaq. Bu barədə “Telegraph” nəşri məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, “Apple” smartfonlarının istehsalı ilə məşğul olan “Foxconn” şirkəti nümayəndələrinin sözlərinə görə, qurğu bahalı olacaq, onun ən sadə versiyasının qiyməti isə min dollar təşkil edəcək. Bununla yanaşı, “iPhone 7s” və “7s Plus” modelləri müvafiq olaraq 782 və 938 dollaradək ucuzlaşacaq.

Bildirilir ki, bu il “Apple” mobil qurğularının onillik yubileyi tamam olur. Yeni qurğunun bütün üst paneli əhatə edən ekran, infraqırmızı skanerə malik sifətin tanınması proqramı və üçölçülü (3D) kamera ilə təchiz ediləcəyi gözlənilir.       

“iPhone 8” bir neçə rəng variantında - qara, ağ və mis və ya çəhrayı-qızılı rəngdə buraxılacaq. Təqdimatda, həmçinin yeni “ağıllı” saat versiyaları və “Apple TV” servisinin nümayişi nəzərdə tutulur.  

Nizam Nuriyev 




Baxış sayı: 437

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024