Tarix:11/09/17
“ICTnews” Elektron Xəbər Xidməti “Populyarnaya Mexanika” resursuna istinadən yazır ki, şirkət bu məqsədlə 2018-ci ildə yeni əlavələri klinika, demensiyanın müalicəsi üzrə mərkəz və məktəblərdə (gələcəkdə ondan bütün istifadəçilər, məsələn, ev şəraitində istifadə üçün imkan yaratmaq nəzərdə tutulur) kommersiyalaşdırmaq üçün “Gangnam Severance” xəstəxanası və “FNI” virtual reallıq kontenti tərtibatçısı ilə əməkdaşlıq haqqında saziş imzalayıb.
Bildirilir ki, layihənin məqsədi “Gear VR” virtual reallıq eynəyindən və “FNI” texnologiyasından özünüöldürmənin xəbərdar edilməsi və psixi diaqnozlaşdırma üçün koqnitiv davranış psixoterapiyasında tətbiqidir.
“Samsung” nümayəndələrinin sözlərinə görə, texnologiyada “Gear VR” virtual reallıq kaskası, “Gear S3” “ağıllı” saatı, “S Health app” mobil əlavəsi və süni intellekt əsasında işləyən “Bixby” virtual yardımçı funksiyasından istifadə olunacaq.
Qeyd edək ki, dünyada tibbi yardım üçün virtual reallıqdan istifadə edən təşkilatların sayı durmadan artır. Məsələn, ötən il “Build VR” şirkəti Avstraliyanın qocalar evlərində “Solis VR” dəstinin tətbiqinə başlayıb. Qarnitur vasitəsilə demensiya xəstələri onlarda müsbət emosiyalar oyadacaq müxtəlif süjetlər görmək imkanı əldə edirlər.
Nizam Nuriyev
“Samsung” virtual reallıq eynəyi psixi pozğunluğu diaqnozlaşdırmağa kömək edəcək
“Samsung Electronics” şirkəti psixi pozğunluğu diaqnozlaşdırmaq üçün virtual reallıqdan istifadə edəcək proqram hazırlayacaq.“ICTnews” Elektron Xəbər Xidməti “Populyarnaya Mexanika” resursuna istinadən yazır ki, şirkət bu məqsədlə 2018-ci ildə yeni əlavələri klinika, demensiyanın müalicəsi üzrə mərkəz və məktəblərdə (gələcəkdə ondan bütün istifadəçilər, məsələn, ev şəraitində istifadə üçün imkan yaratmaq nəzərdə tutulur) kommersiyalaşdırmaq üçün “Gangnam Severance” xəstəxanası və “FNI” virtual reallıq kontenti tərtibatçısı ilə əməkdaşlıq haqqında saziş imzalayıb.
Bildirilir ki, layihənin məqsədi “Gear VR” virtual reallıq eynəyindən və “FNI” texnologiyasından özünüöldürmənin xəbərdar edilməsi və psixi diaqnozlaşdırma üçün koqnitiv davranış psixoterapiyasında tətbiqidir.
“Samsung” nümayəndələrinin sözlərinə görə, texnologiyada “Gear VR” virtual reallıq kaskası, “Gear S3” “ağıllı” saatı, “S Health app” mobil əlavəsi və süni intellekt əsasında işləyən “Bixby” virtual yardımçı funksiyasından istifadə olunacaq.
Qeyd edək ki, dünyada tibbi yardım üçün virtual reallıqdan istifadə edən təşkilatların sayı durmadan artır. Məsələn, ötən il “Build VR” şirkəti Avstraliyanın qocalar evlərində “Solis VR” dəstinin tətbiqinə başlayıb. Qarnitur vasitəsilə demensiya xəstələri onlarda müsbət emosiyalar oyadacaq müxtəlif süjetlər görmək imkanı əldə edirlər.
Nizam Nuriyev
Baxış sayı: 536
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)