12px13px15px17px
Tarix:11/09/17

Artırılmış və virtual reallıq qurğuları bazarında artım qeydə alınıb

“IDC” analitik şirkətinin qiymətləndirməsinə görə, 2017-ci ilin ikinci rübündə dünya bazarına təxminən 2,1 milyon artırılmış və virtual reallıq (augmented reality, AR/virtual reality VR) qurğusu tədarük edilib. Mütəxəssislər bildiriblər ki, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə tədarüklərin həcmi 25,5% artıb. Lakin qiymətləndirmə zamanı “Google Cardboard” qurğuları və müvafiq modellər nəzərə alınmayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, virtual reallıq qurğularının artırılmış və virtual reallıqlar bazarında payı 98%-dən çoxdur. Bu halda displeyi olmayan və smartfonlar əsasında işləyən modellər “Samsung Gear VR” kimi modellər virtual reallıq cihazlarının tədarük həcminin 50%-ni təşkil edir. Displeyə malik aparatlar tədarük həcminin 43%-ni təşkil edir. Ekspertlər artımı “PlayStation VR” və “Oculus Rift VR” modellərinin populyarlığı ilə izah edirlər.

Artırılmış reallıq qurğular seqmenti hələ ki zəifdir. Bundan başqa, ötən rüb bu tip qurğuların tədarükü hətta azalıb. Yalnız korporativ istifadəçilər üçün nəzərdə tutulmuş az sayda modellər müvəffəqiyyətə nail olub və “IDC” analitik şirkətindən hesab edirlər ki, gələcəkdə bu tendensiya qorunub saxlanılacaq.

Emil Hüseynov




Baxış sayı: 372

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024