12px13px15px17px
Tarix:13/09/17

“Apple” şirkəti telefon funksiyasına malik saat təqdim edib

"Apple" korporasiyası Kaliforniyada keçirilmiş təqdimat çərçivəsində yeni "Apple Watch" qurğusunu təqdim edib.

"Apple Watch Series 3" cihazı "LTE" dəstəkli daxili mobil modula malikdir. Beləliklə, saat vasitəsilə zəng etmək və musiqi yükləmək olar.

"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, cihazın displeyi, həmçinin antena rolunu oynayır. "Apple Watch" qurğusunun korpusu əvvəlki nəsillə müqayisədə dəyişməyib. Yeni nəsil saat yeni "Apple W2" prosessoru ilə təchiz edilib. Bunun sayəsində əvvəlki nəsildən 70 faiz daha məhsuldardır. Həmçinin korpusdakı "Digital Crown" düyməsi qırmızı rəngdə rənglənib.

Qurğu 22 sentyabr tarixində satışa çıxarılacaq. "LTE" versiyanın qiyməti 400 dollardan, mobil modulsuz versiyanın qiyməti isə 330 dollardan başlayacaq.

Emil Hüseynov




Baxış sayı: 313

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024