Tarix:13/09/17
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, smartfon ön paneli tam əhatə edən 5,8 düym diaqonallı, 2436 x 1125 piksel təsvir ölçülü “OLED” ekrana malikdir. Ön panelin yuxarı hissəsində danışıq dinamiki və ön kamera, eləcə də sensorlar üçün çıxış quraşdırılıb.
Məlumata görə, blokdan çıxarılma üçün “Apple” tərəfindən sifətin tanınması texnologiyası hazırlanıb. Şirkət nümayəndələrinin sözlərinə görə, bu, ən təhlükəsiz mühafizə üsuludur və “iPhone X” smartfonuna kənardan müdaxilə qeyri-mümkündür. Bundan əlavə, “Face ID” sifətin tanınması skanerinin “Apple Pay” ödəniş sistemini dəstəkləməsi onun vasitəsilə ödənişlər həyata keçirməyə imkan verir.
Bildirilir ki, əsas kameranın hər iki modulu “Samsung Galaxy Note8” smartfonunda olduğu kimi, optik stabilləşdirməyə malikdir. Əsas sensor f/1.8, ikinci sensor qoşa zummerli f/2,4 aperturası ilə təchiz olunub. “iPhone 8” modelində bu göstəricilər müvafiq olaraq f/1.8 və f/2.8 təşkil edir. Qoşa ön kamera da dağınıq fonda portret rejimli fotoşəkillər çəkir. “iPhone 8” kimi “yubiley” “iPhone” simsiz enerjidoldurma funksiyası ilə təchiz edilib.
64 və 256 giqabayt yaddaş tutumlu versiyalarda təqdim ediləcək smartfonun başlanğıc qiyməti min dollar təşkil edir. Satışlara noyabrın 3-dən etibarən başlamaq nəzərdə tutulur.
Nizam Nuriyev
“iPhone X” smartfonu nümayiş olunub
“Apple” şirkəti çərçivəsiz ekranla təchiz edilən “iPhone X” smartfon modelini nümayiş etdirib.“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, smartfon ön paneli tam əhatə edən 5,8 düym diaqonallı, 2436 x 1125 piksel təsvir ölçülü “OLED” ekrana malikdir. Ön panelin yuxarı hissəsində danışıq dinamiki və ön kamera, eləcə də sensorlar üçün çıxış quraşdırılıb.
Məlumata görə, blokdan çıxarılma üçün “Apple” tərəfindən sifətin tanınması texnologiyası hazırlanıb. Şirkət nümayəndələrinin sözlərinə görə, bu, ən təhlükəsiz mühafizə üsuludur və “iPhone X” smartfonuna kənardan müdaxilə qeyri-mümkündür. Bundan əlavə, “Face ID” sifətin tanınması skanerinin “Apple Pay” ödəniş sistemini dəstəkləməsi onun vasitəsilə ödənişlər həyata keçirməyə imkan verir.
Bildirilir ki, əsas kameranın hər iki modulu “Samsung Galaxy Note8” smartfonunda olduğu kimi, optik stabilləşdirməyə malikdir. Əsas sensor f/1.8, ikinci sensor qoşa zummerli f/2,4 aperturası ilə təchiz olunub. “iPhone 8” modelində bu göstəricilər müvafiq olaraq f/1.8 və f/2.8 təşkil edir. Qoşa ön kamera da dağınıq fonda portret rejimli fotoşəkillər çəkir. “iPhone 8” kimi “yubiley” “iPhone” simsiz enerjidoldurma funksiyası ilə təchiz edilib.
64 və 256 giqabayt yaddaş tutumlu versiyalarda təqdim ediləcək smartfonun başlanğıc qiyməti min dollar təşkil edir. Satışlara noyabrın 3-dən etibarən başlamaq nəzərdə tutulur.
Nizam Nuriyev
Baxış sayı: 301
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet