12px13px15px17px
Tarix:13/09/17

“Xiaomi Mi Note 3” smartfonu təqdim edilib

“Xiaomi” şirkəti arxa tərəfdə ikiqat kamera olan və böyük tutumlu əməli yaddaşla təchiz edilmiş “Mi Note 3” smartfonunu təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, yeni cihaz 2,2 QHs-dək takt tezlikli 8 hesablama nüvəsi və “Adreno 512” qrafik blokundan ibarət “Qualcomm Snapdragon 660” prosessoru ilə təchiz edilib. Qurğu “Android 7.1 Nougat” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.

Əsas kamera 2 ədəd 12 meqapiksellik sensor, ikiqat LED işıqlandırıcı, optik sabitləşmə sistemi və 4K formalı videonun yazılması imkanına malikdir. “Selfi” və videorabitə üçün 16 meqapiksellik ön kamera nəzərdə tutulub.

5,5 düymlük ekran 1920x1080 piksel təsvir ölçüsünə malikdir, parlaqlığı 550 nit, kontrastlıq 1500:1 təşkil edir.

“Xiaomi Mi Note 3” smartfonu, həmçinin barmaq izləri skaneri, “4G VoLTE”, “WiFi 802.11ac” və “Bluetooth 5.0” simsiz kommunikasiya modulları, “Quick Charge 3.0” funksiyasına malik 3500 milliamper/saat tutumunda akkumulyator batareyası və stereodinamiklərlə təchiz edilib.

Yeni qurğu 6 QB-lıq əməli yaddaş və 64 QB-lıq daxili yaddaş, həmçinin 6 QB-lıq əməli yaddaş və 128 QB-lıq daxili yaddaşa malik versiyalarda təqdim ediləcək. Çində yeni qurğunun qiyməti 383 dollardan başlayır.

Emil Hüseynov




Baxış sayı: 354

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024