Tarix:15/09/17
"ICTnews" Elektron Xəbər Xidməti "hi-news.ru" saytına istinadən yazır ki, yenilik Çinin Kvant Texnologiyalar İnstitutunda işləyən alimlər tərəfindən hazırlanıb. Yeni kvant rabitə şəbəkəsi Szinan şəhərindəki istifadəçilər arasında əlaqə yaratmaq üçün istifadə olunacaq. Az sonra o, Pekin və Şanxayı birləşdirəcək analoji şəbəkəyə birləşdiriləcək. Beləliklə, Çində dünyada ən böyük kvant şəbəkəsi fəaliyyət göstərəcək.
Szinan şəhərində yerləşən Kvant Texnologiyalar İnstitutunun mütəxəssisləri iki ay bundan əvvəl lazımi testləri keçiriblər və artıq şəbəkə tam hazırdır. Alimlər bildiriblər ki, sınaqlar gedişində yaxşı nəticələr əldə edilib (xüsusilə məlumatların təhlükəsiz ötürülməsi və telefon zəngləri sahəsində). Kvant texnologiyasından istifadə sayəsində şəbəkəyə kənardan müdaxilə praktik olaraq mümkün deyil.
Emil Hüseynov
Çində ilk kommersiya tipli kvant rabitə şəbəkəsi istifadəyə verilib
Çində kommersiya yönümlü olduqca təhlükəsiz kvant rabitə şəbəkəsi üzərində işlər başa çatıb. Yaxın vaxtlarda rabitə şəbəkəsinin istismara verilməsi planlaşdırılır."ICTnews" Elektron Xəbər Xidməti "hi-news.ru" saytına istinadən yazır ki, yenilik Çinin Kvant Texnologiyalar İnstitutunda işləyən alimlər tərəfindən hazırlanıb. Yeni kvant rabitə şəbəkəsi Szinan şəhərindəki istifadəçilər arasında əlaqə yaratmaq üçün istifadə olunacaq. Az sonra o, Pekin və Şanxayı birləşdirəcək analoji şəbəkəyə birləşdiriləcək. Beləliklə, Çində dünyada ən böyük kvant şəbəkəsi fəaliyyət göstərəcək.
Szinan şəhərində yerləşən Kvant Texnologiyalar İnstitutunun mütəxəssisləri iki ay bundan əvvəl lazımi testləri keçiriblər və artıq şəbəkə tam hazırdır. Alimlər bildiriblər ki, sınaqlar gedişində yaxşı nəticələr əldə edilib (xüsusilə məlumatların təhlükəsiz ötürülməsi və telefon zəngləri sahəsində). Kvant texnologiyasından istifadə sayəsində şəbəkəyə kənardan müdaxilə praktik olaraq mümkün deyil.
Emil Hüseynov
Baxış sayı: 370
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet