Tarix:15/09/17
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, istehsalçılar beynin aktivliyini qeydə almaq üçün “EMOTIV EPOC” adlı 14 kanallı elektroensefaloqrafdan istifadə ediblər. O, böyük yarımkürələr qabığının müxtəlif zonalarında yerləşmiş 14 nöqtədə beynin elektrik aktivliyini qeydə alır. Məlumatın toplanması üçün istifadə edilən elektrodlu simsiz plastik şlem insana gündəlik məsələləri yerinə yetirməkdə mane olmur. Toplanılmış məlumatlar dayaq vektorları metodu əsasında yaradılmış alqoritmin köməyi ilə emal edilir. Daxil olan informasiyanı təhlil edən alqoritm beynin elektrik aktivliyinin konkret nümunələrini müəyyən hərəkət tipi ilə əlaqələndirir. Məsələn, sistem insanın hərəkət etdiyini, yaxud dayandığını müəyyənləşdirə bilir.
İstehsalçılar gələcəkdə “Brainternet”i “Əşyalar interneti” sistemlərinə qoşulmaq qabiliyyətinə malik elementlərdən birinə çevirməyi planlaşdırırlar.
Emil Hüseynov
İnsan beynini “Əşyalar interneti”nə qoşmaq planlaşdırılır
Cənubi Afrikada Vitvatersranda Universitetinin tələbələri tərəfindən hazırlanmış neyron kompüter interfeysi insan beyninin aktivliyi haqda məlumatları toplamaq və onları kompüter təlimi üçün material kimi istifadə etmək qabiliyyətinə malikdir. Layihə “Brainternet” adlandırılıb. Hazırlama haqqında universitetin saytında press-reliz bildirir.“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, istehsalçılar beynin aktivliyini qeydə almaq üçün “EMOTIV EPOC” adlı 14 kanallı elektroensefaloqrafdan istifadə ediblər. O, böyük yarımkürələr qabığının müxtəlif zonalarında yerləşmiş 14 nöqtədə beynin elektrik aktivliyini qeydə alır. Məlumatın toplanması üçün istifadə edilən elektrodlu simsiz plastik şlem insana gündəlik məsələləri yerinə yetirməkdə mane olmur. Toplanılmış məlumatlar dayaq vektorları metodu əsasında yaradılmış alqoritmin köməyi ilə emal edilir. Daxil olan informasiyanı təhlil edən alqoritm beynin elektrik aktivliyinin konkret nümunələrini müəyyən hərəkət tipi ilə əlaqələndirir. Məsələn, sistem insanın hərəkət etdiyini, yaxud dayandığını müəyyənləşdirə bilir.
İstehsalçılar gələcəkdə “Brainternet”i “Əşyalar interneti” sistemlərinə qoşulmaq qabiliyyətinə malik elementlərdən birinə çevirməyi planlaşdırırlar.
Emil Hüseynov
Baxış sayı: 362
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet