Tarix:18/09/17
“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, bədəndən əks edilən dalğaların analizi az nəzərəçarpan hərəkətləri, o cümlədən ürək döyüntülərini və nəfəsin azalmasını qeydə almağa imkan verir. Tədqiqatçılar dərin neyron şəbəkəsini bədən hərəkətləri, ürək ritmi və nəfəs tezliyi xarakteri üzrə yuxu mərhələlərini (yuxuya getmə, yavaş və tez yuxu) tanımağı öyrədiblər. Bu halda institut mütəxəssisləri tərəfindən hazırlanan xüsusi alqoritm kənar radiosiqnal dəyişikliklərini effektiv şəkildə qovmağa imkan verir.
Sınaq nəticələrinə görə, sistemin dəqiqliyi 80 faiz təşkil edir ki, bu da elektroensefaloqraf vasitəsilə edilən yuxu monitorinqinə uyğundur. Tədqiqatçıların fikrincə, vaxt gələcək ev “Wi-Fi” marşrutlayıcıları istifadəçilərin yuxusunu izləyə və rejimin dəyişdirilməsi (məsələn, dərin yuxu fazası kifayət qədər uzun deyil) ilə bağlı tövsiyələr verə biləcəklər.
Nizam Nuriyev
Süni intellekt radiodalğalarla yuxunun keyfiyyətinə nəzarət edəcək
Bu gün yuxunun pozulması səbəblərinin diaqnostikası adətən xəstənin xüsusi laboratoriyada yuxuya mane olan altdan geyilən və başa taxılan ötürücülərlə qalmasını tələb edir. Massaçusets Texnologiya İnstitutunun (MTI) və Massaçusets Xəstəxanasının tədqiqatçıları belə ötürücülərdən istifadə etmədən noutbuk ölçüsündə radiodalğalar şüalandıran qurğu vasitəsilə yuxunun monitorinq üsulunu hazırlayıblar.“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, bədəndən əks edilən dalğaların analizi az nəzərəçarpan hərəkətləri, o cümlədən ürək döyüntülərini və nəfəsin azalmasını qeydə almağa imkan verir. Tədqiqatçılar dərin neyron şəbəkəsini bədən hərəkətləri, ürək ritmi və nəfəs tezliyi xarakteri üzrə yuxu mərhələlərini (yuxuya getmə, yavaş və tez yuxu) tanımağı öyrədiblər. Bu halda institut mütəxəssisləri tərəfindən hazırlanan xüsusi alqoritm kənar radiosiqnal dəyişikliklərini effektiv şəkildə qovmağa imkan verir.
Sınaq nəticələrinə görə, sistemin dəqiqliyi 80 faiz təşkil edir ki, bu da elektroensefaloqraf vasitəsilə edilən yuxu monitorinqinə uyğundur. Tədqiqatçıların fikrincə, vaxt gələcək ev “Wi-Fi” marşrutlayıcıları istifadəçilərin yuxusunu izləyə və rejimin dəyişdirilməsi (məsələn, dərin yuxu fazası kifayət qədər uzun deyil) ilə bağlı tövsiyələr verə biləcəklər.
Nizam Nuriyev
Baxış sayı: 302
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet