Tarix:18/09/17
“ICTnews” Elektron Xəbər Xidməti “Populyarnaya Mexanika” resursuna istinadən yazır ki, paytaxt Tokionun 15 kilometrliyində yerləşən Nisikita qəsəbəsinin sakinlərinin təxminən üçdə bir hissəsini ahıl insanlar təşkil edir və avtobus və sürücü sayının məhdud olması səbəbindən onlar mənzil başına çatmaqda çətinlik çəkirlər.
Məlumata görə, məhz bu problemin həlli üçün qəsəbədə “DeNA” şirkətinin altınəfərlik “Robot Shuttle” avtonom avtobusunun testlərinə başlanılıb. Sentyabrda başlanan ilk sınaq zamanı nəqliyyat vasitəsi insanları xüsusi stansiyadan tibbi xidmətlərin göstərilməsi üzrə bələdiyyə kompleksinə çatdırıb.
Bildirilir ki, avtobus saatda 10 km sürətlə hərəkət edib, lakin bir sıra test iştirakçıları onun 40 km/saat sürətlə hərəkət etməsini arzulayıb.
Avtobusun sınaqları müxtəlif yol şəraitində keçirilib, eləcə də avtobusun qarşısından keçən insanların onun xəbərdaredici siqnalına reaksiyası öyrənilib.
Yaponiya hakimiyyətinin testin nəticələri əsasında avtomagistrallardakı dayanacaqların sürücüsüz avtobuslar üçün stansiyalara çevrilməsi ilə bağlı qərar qəbul edəcəyi gözlənilir. Yaxın gələcəkdə yaşlı insanların mağaza, bank, tibbi müəssisə və s. yetişmələri üçün oxşar servisdən istifadə edəcəyi ehtimal olunur.
Nizam Nuriyev
Qocalar üçün sürücüsüz avtobusların sınaqları keçirilir
Yaponiyada “Robot Shuttle” sürücüsüz avtobuslarının sınaqlarına başlanılıb.“ICTnews” Elektron Xəbər Xidməti “Populyarnaya Mexanika” resursuna istinadən yazır ki, paytaxt Tokionun 15 kilometrliyində yerləşən Nisikita qəsəbəsinin sakinlərinin təxminən üçdə bir hissəsini ahıl insanlar təşkil edir və avtobus və sürücü sayının məhdud olması səbəbindən onlar mənzil başına çatmaqda çətinlik çəkirlər.
Məlumata görə, məhz bu problemin həlli üçün qəsəbədə “DeNA” şirkətinin altınəfərlik “Robot Shuttle” avtonom avtobusunun testlərinə başlanılıb. Sentyabrda başlanan ilk sınaq zamanı nəqliyyat vasitəsi insanları xüsusi stansiyadan tibbi xidmətlərin göstərilməsi üzrə bələdiyyə kompleksinə çatdırıb.
Bildirilir ki, avtobus saatda 10 km sürətlə hərəkət edib, lakin bir sıra test iştirakçıları onun 40 km/saat sürətlə hərəkət etməsini arzulayıb.
Avtobusun sınaqları müxtəlif yol şəraitində keçirilib, eləcə də avtobusun qarşısından keçən insanların onun xəbərdaredici siqnalına reaksiyası öyrənilib.
Yaponiya hakimiyyətinin testin nəticələri əsasında avtomagistrallardakı dayanacaqların sürücüsüz avtobuslar üçün stansiyalara çevrilməsi ilə bağlı qərar qəbul edəcəyi gözlənilir. Yaxın gələcəkdə yaşlı insanların mağaza, bank, tibbi müəssisə və s. yetişmələri üçün oxşar servisdən istifadə edəcəyi ehtimal olunur.
Nizam Nuriyev
Baxış sayı: 524
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet