12px13px15px17px
Tarix:19/09/17

Alimlər məlumatların optik çiplərdə saxlanılması üsulunu təklif ediblər

Sidney Universitetindən olan alimlər qrupu tərəfindən hazırlanmış optik çipdə fotonlar şəklində ötürülən informasiya akustik tərəddüdlərə, sonra isə yenidən optik siqnala çevrilir.

Bu gün istifadə edilən bütün hesablama texnikasının, demək olar, hamısı elektronların hərəkətinə əsaslanır. Bu halda ənənəvi kompüterlər ciddi çatışmazlıqlara malikdir. Məsələn, kompüterlər çox enerji sərf edir və hiss olunacaq dərəcədə qızırlar. Bəzi alimlərin fikrincə, optik və fotonların hərəkətinə əsaslanan kompüterlər onları əvəz edə bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, optik kompüterlərin perspektivliliyinə və bu sahədə müəyyən işləmələrin mövcudluğuna baxmayaraq, bir sıra həll olunmamış texniki məsələlərə görə yaxın gələcəkdə onların kütləvi tətbiqi mümkün deyil. Məsələn, hələ ki informasiyanın optik çiplərdə saxlanılması üçün münasib texnologiya mövcud deyil.

Avstraliyalı alimlər məhz bu problemi həll etməyə çalışıblar. Onlar optik siqnalların akustik tərəddüdlərə çevrilməsinin köməyi ilə belə çiplərdə informasiyanı saxlamağı təklif ediblər.

Emil Hüseynov




Baxış sayı: 325

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024