12px13px15px17px
Tarix:20/09/17

Neyron şəbəkəsi Alsqeymer xəstəliyini müəyyən etməyi öyrənib

Xəstəliyin vaxtında aşkar edilməsi onun müalicəsində çox kömək edir. Alimlər demensiyanın ən geniş yayılmış forması olan, qısamüddətli və uzunmüddətli yaddaş, nitq və koqnitiv funksiyaların pozğunluğu ilə nəticələnən Alsqeymer xəstəliyinin erkən mərhələdə aşkar edilməsi üsullarını axtarırlar. İtaliyada yerləşən Bari Universitetində çalışan alimlər komandası hesab edir ki, süni intellektdən istifadə sözügedən xəstəliyin müalicəsində ən məqsədəuyğun həldir.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, alimlər tərəfindən hazırlanmış alqoritm beyində kiçik struktur dəyişikliklərini aşkar etmək qabiliyyətinə malikdir. Alimlər 67 MRT (Maqnit rezonans tomoqrafiya) skan (38 skan etmə Alsqeymer xəstəliyindən əziyyət çəkən pasiyentlərdə, 29 skan etmə isə sağlam insanlarda edilib) həyata keçirməklə öz neyron şəbəkəsini öyrədiblər. Onlar skan etməni kiçik sahələrə ayırıblar ki, süni intellekt onlar arasındakı əlaqəni tapsın. Bundan sonra alimlər 148 pasiyent üzərində MRT skan etməsini sınaqdan keçiriblər. 48 nəfər Alsqeymer xəstəliyindən, digər 48-i isə gələcəkdə Alsqeymer xəstəliyinə çevriləcək zəif koqnitiv pozğunluqdan əziyyət çəkib.

Süni intellekt 86% halda Alsqeymer xəstəliyinə düzgün diaqnoz qoyub.

Emil Hüseynov




Baxış sayı: 388

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024