12px13px15px17px
Tarix:20/09/17

Alimlər kompüter təlimi üçün kvant kompüterlərindən istifadəni təklif ediblər

Beynəlxalq alimlər kollektivi kompüter təlimində kvant kompüterlərindən istifadə metodlarını təklif edib ki, bu da prosesi sürətləndirə və onu daha  dəqiq edə bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, kompüter təlimi – bu, böyük məlumat massivlərində təkrarlanan elementləri axtaran və məsələlərin həlli prosesində öz-özünə öyrənmək üçün onlardan istifadə edən süni intellekt metodudur. Texnologiya sifətin tanınması, kompüter tərcüməsi, tibbi diaqnostika və sairə kimi sahələrdə istifadə edilir. Yeni məlumatlara uyğunlaşmaq qabiliyyəti sayəsində kompüter təlimi insan qabiliyyətini çox üstələyir, hərçənd, hələ ki, bəzi mürəkkəb məsələlərin öhdəsindən gələ bilmir.

"Kvant kompüterlərindən istifadə tamamilə yeni imkan və perspektivlər açır və bu, kompüter təlimində istifadə olunan ən məşhur klassik alqoritmləri geridə qoya bilər" – alimlər deyiblər.

Kompüter təlimi üzrə məhdudiyyətləri aradan qaldırmaq üçün kvant kompüterlərindən istifadə etmək olar. Kvant kompüterinin əsasını bitlər deyil, kubitlər təşkil edir. Kubitlər bitlərdən fərqli olaraq eyni zamanda hər iki qiyməti (0 və 1) ala bilərlər. Bunun sayəsində kvant kompüteri eyni zamanda müasir klassik kompüterlər üçün əlçatmaz olan böyük miqdarda hesablama yerinə yetirə bilər.

Emil Hüseynov




Baxış sayı: 344

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024