Tarix:23/09/17
"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, onun sözlərinə görə, 2016-cı ildə istifadəçilər mağazadan 82 milyard proqram və oyun yükləyiblər. Bir il əvvəl isə bu göstərici 65 milyarda bərabər olub. Bununla yanaşı, "Google Play"də kontentə görə ödəniş edən istifadəçilərin sayında 30 faizədək artım qeydə alınıb.
Mağazanın imkanlarından danışan C.Sanders qeyd edib ki, servis dünyanın 135 ölkəsində ödənişləri debet və kredit kartları ilə dəstəkləyir, eləcə də 55 ölkənin 140 operatoru ilə əməkdaşlıq etməklə telefon hesablarından kontent üçün ödənişi həyata keçirir.
C.Sanders vurğulayıb ki, proqram tərtibatçılarına biznesdə perspektivləri yaxşılaşdırmağa və daha çox müştərinin cəlbinə kömək üçün "Google" mağazanın idarəetməsini təkmilləşdirməkdə (məsələn, distribusiya və analiz imkanlarının genişləndirilməsi) davam etdirməklə yanaşı, virtual və əlavə reallığın dəstəklənməsini gücləndirir, eləcə də kontentin netbuklarla inteqrasiyasını qurur. Bu, proqram təminatının hazırlanması imkanlarını asanlaşdıracaq və genişləndirəcək.
Nizam Nuriyev
“Google Play” servisi əlavələr üçün böyük platformaya çevrilib
"Google Play" mağazası əlavələrin yayılması üçün dünyada böyük platformaya çevrilib. Bu barədə "Google Play" servisinin Asiya-Sakit okean regionu üzrə rəhbəri Ceyms Sanders bildirib."ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, onun sözlərinə görə, 2016-cı ildə istifadəçilər mağazadan 82 milyard proqram və oyun yükləyiblər. Bir il əvvəl isə bu göstərici 65 milyarda bərabər olub. Bununla yanaşı, "Google Play"də kontentə görə ödəniş edən istifadəçilərin sayında 30 faizədək artım qeydə alınıb.
Mağazanın imkanlarından danışan C.Sanders qeyd edib ki, servis dünyanın 135 ölkəsində ödənişləri debet və kredit kartları ilə dəstəkləyir, eləcə də 55 ölkənin 140 operatoru ilə əməkdaşlıq etməklə telefon hesablarından kontent üçün ödənişi həyata keçirir.
C.Sanders vurğulayıb ki, proqram tərtibatçılarına biznesdə perspektivləri yaxşılaşdırmağa və daha çox müştərinin cəlbinə kömək üçün "Google" mağazanın idarəetməsini təkmilləşdirməkdə (məsələn, distribusiya və analiz imkanlarının genişləndirilməsi) davam etdirməklə yanaşı, virtual və əlavə reallığın dəstəklənməsini gücləndirir, eləcə də kontentin netbuklarla inteqrasiyasını qurur. Bu, proqram təminatının hazırlanması imkanlarını asanlaşdıracaq və genişləndirəcək.
Nizam Nuriyev
Baxış sayı: 374
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet