12px13px15px17px
Tarix:25/09/17

Yeni robot insan kimi yeriməyi öyrənir

İsveçrə tədqiqatçıları daha təbii hərəkət etməyi öyrənən "COMAN" (Compliant Humanoid) robotunun hazırlanması ilə məşğuldurlar.

"ICTnews" Elektron Xəbər Xidməti "Populyarnaya Mexanika" resursuna istinadən yazır ki, robotda daha əyilgən və elastik birləşmə hissələri kombinasiyasından və qurğuya öz "bədəni"ni başa düşməyə kömək edən idarəetmə alqoritmindən istifadə olunub.

Bildirilir ki, "COMAN" öz dinamika və strukturunda simmetriyanı anlayır ki, bu da ona daha təbii şəkildə hərəkətə kömək etməklə yanaşı, obyektləri tutmağa, nahamar yerlərdə (məsələn, pilləkəndə) istiqaməti müəyyənləşdirməyə, eləcə də gözlənilməz vəziyyətlərə reaksiya verməyə imkan verir. Robotun itələnməsi halında o, yıxılmamaq üçün ayağını necə qoymalı olmasını dəqiq biləcək.

Buna baxmayaraq texnologiya robot və insan arasında qarşılıqlı əlaqəni hələ ki təmin edə bilmir. Buna səbəb kimi isə qurğunun ətraf mühiti müstəqil öyrənməsi üçün ona ən azı "baş"ın quraşdırılmasının tələb olunması göstərilir.  

Nizam Nuriyev
 





Baxış sayı: 367

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024