12px13px15px17px
Tarix:25/09/17

Bu smartfonun kamerası “ən yaxşı” adına layiq görülüb

Kameraların peşəkar müqayisəsi ilə məşğul olan və “DxOMark” xidmətinə malik “DxO Labs” şirkəti 12 sentyabrda təqdim edilmiş “iPhone 8 Plus” smartfonunun kamerasının işini maksimum balla qiymətləndirib.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, sözügedən smartfon yoxlama zamanı 94 bal toplayıb. “iPhone 8” smartfonunda bu göstərici 92 bala bərabərdir. Beləliklə, “DxOMark” xidməti tərəfindən tərtib edilmiş reytinqdə “Apple”ın yeni qurğuları bundan əvvəl liderlik edən “Google Pixel” və “HTC U11” smartfonlarını sıxışdıraraq ilk yerləri tutublar. İndi “iPhone 7 Plus” və “iPhone 7” smartfonları müvafiq olaraq beşinci və altıncı yerləri bölüşürlər.

Ekspertlər bildiriblər ki, yeni “iPhone” smartfonunun kameraları HDR çəkilişi zamanı xüsusilə yaxşıdır, çünki “iPhone 7 Plus” ilə müqayisədə böyük detallaşdırmanı təmin edir. Həmçinin aşağı işıqlanma dərəcəsi şəraitində işlədikdə dəqiqlik seçilir). “DxO Labs” şirkəti “iPhone 8 Plus” qurğusunun kamerasını ən yaxşı smartfon kamerası adlandırıb.

Emil Hüseynov




Baxış sayı: 322

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024