Tarix:26/09/17
“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, “Marine” adlı yeni kabel nəsli ilk dəfə ötən il ictimaiyyətə təqdim edilib. İstehsalçılar iddia edirlər, bu rabitə kabeli eyni zamanda HD keyfiyyətində olan 71 milyon videoçarxı yayımlamaq qabiliyyətinə malikdir. Layihəyə əsasən, bu kabel ABŞ-ın Virciniya Biç şəhəri ilə İspaniyanın Bilbao şəhərini birləşdirəcək. Hazırda bütün montaj işləri başa çatıb və rabitə kabeli istismara verilib. Kabelin uzunluğu 6600 km, ümumi çəkisi isə 4,6 milyon kq-dan çoxdur.
"Appolo" kabelinin buraxılış qabiliyyəti saniyədə 3,2 terabit təşkil edir. “Marine” kabelində bu göstərici saniyədə 160 terabitə bərabərdir. Bu, orta statistik ev internet qoşulmasından 16 milyon dəfə daha sürətlidir. Proqnozlara görə, 2025-ci ilə internet trafikin həcmi 8 dəfə artacaq. “Microsoft” şirkəti “Marine” kabelinin köməyi ilə “Office 365”, “Skype” və “Xbox Live” xidmətlərinin keyfiyyətini yaxşılaşdırmağa çalışır, halbuki “Facebook” müvafiq məzmunun striminqi yolu ilə virtual reallıq texnologiyalarının inkişafında maraqlıdır.
Emil Hüseynov
Yeni nəsil sualtı rabitə kabeli istismara verilib
Yüzlərlə sualtı rabitə kabeli Antarktidadan başqa planetin bütün qitələrini bir-biri ilə birləşdirir. Məhz bu kabellər serverlərdən böyük həcmli məlumatların dünyanın müxtəlif yerlərində yaşayan istifadəçilərin evlərinə fasiləsiz ötürülməsini təmin edir. İndiyədək Şimali Amerika ilə Avropanı birləşdirən "Appolo" ən güclü sualtı kabel sistemi hesab edilirdi. Ancaq indi “Microsoft” və “Facebook” şirkətləri tamamilə yeni nəsil sualtı rabitə kabelini istismara veriblər.“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, “Marine” adlı yeni kabel nəsli ilk dəfə ötən il ictimaiyyətə təqdim edilib. İstehsalçılar iddia edirlər, bu rabitə kabeli eyni zamanda HD keyfiyyətində olan 71 milyon videoçarxı yayımlamaq qabiliyyətinə malikdir. Layihəyə əsasən, bu kabel ABŞ-ın Virciniya Biç şəhəri ilə İspaniyanın Bilbao şəhərini birləşdirəcək. Hazırda bütün montaj işləri başa çatıb və rabitə kabeli istismara verilib. Kabelin uzunluğu 6600 km, ümumi çəkisi isə 4,6 milyon kq-dan çoxdur.
"Appolo" kabelinin buraxılış qabiliyyəti saniyədə 3,2 terabit təşkil edir. “Marine” kabelində bu göstərici saniyədə 160 terabitə bərabərdir. Bu, orta statistik ev internet qoşulmasından 16 milyon dəfə daha sürətlidir. Proqnozlara görə, 2025-ci ilə internet trafikin həcmi 8 dəfə artacaq. “Microsoft” şirkəti “Marine” kabelinin köməyi ilə “Office 365”, “Skype” və “Xbox Live” xidmətlərinin keyfiyyətini yaxşılaşdırmağa çalışır, halbuki “Facebook” müvafiq məzmunun striminqi yolu ilə virtual reallıq texnologiyalarının inkişafında maraqlıdır.
Emil Hüseynov
Baxış sayı: 339
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet