12px13px15px17px
Tarix:26/09/17

Avtonom uçan taksinin sınaqları keçirilib

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində pilotsuz uçan taksinin sınaq uçuşu keçirilib.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, Almaniya konstruktorları tərəfindən ərsəyə gətirilən nəqliyyat vasitəsi prototipi sərnişinlərin avtonom rejimdə çatdırılmasını təmin edəcək. Havada 30 dəqiqə qalan aparatın maksimal sürəti saatda 100 km təşkil edir.

Məlumata görə, sərnişinlərin təhlükəsizliyinin təmini üçün pilotsuz uçan aparat paraşütlər və doqquz müstəqil akkumulyatorla təchiz ediləcək.

Sərnişinin avtonom taksini mobil telefon proqramı vasitəsilə sifariş edə biləcəyi nəzərdə tutulur.

Nizam Nuriyev
 





Baxış sayı: 369

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024