Tarix:26/09/17
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, “Apple” brendinin dəyəri ötən il ərzində 3 faiz artaraq 184,1 milyard dollar təşkil edib. Reytinqdə ikinci yeri brendi 141,7 milyard dollar (il ərzində 6 faiz artım) qiymətləndirilən “Google” şirkəti, üçüncünü isə “Microsoft” korporasiyası (79,99 milyard dollar,10 faiz artım) tutub.
Eyni zamanda “Coca-Cola” brendinin dəyərinin 5 faiz azalaraq 69,73 milyard dollar təşkil etməsi nəticəsində şirkət üçüncü yerdən dördüncü pilləyə düşüb. Texnoloji nəhəng “Amazon” 29 faizlik (dəyər 64,79 milyard dollar) artım nümayiş etdirməklə siyahının beşinci, Cənubi Koreyanın “Samsung” elektronika istehsalçısı isə altıncı (56,24 milyard dollar, artım 9 faiz) mövqeyində yer alıb.
Məlumata görə, “Facebook” brendi il ərzində 48 faiz bahalaşaraq hazırda 48,18 milyard dollar təşkil edir. Bu, Mark Sukerberqin rəhbərlik etdiyi şirkətə reytinqdə səkkizinci yeri tutmağa imkan verib.
İlk onluğu dəyəri 46,82 milyard dollara (11 faiz azalma) bərabər “IBM” brendi tamamlayır.
Bundan başqa, ciddi artımı il ərzində dəyəri 10 faizdən çox artan “Adobe” (56-cı yer), “Huawei” (70-ci yer) və “PayPal” (80-ci yer) brendləri nümayiş etdirib. Həmçinin “Interbrand” agentliyi 2008-2017-ci illərdə brendlərin ümumi dəyərinin 54 faiz artmasını vurğulayıb.
Nizam Nuriyev
Ən bahalı brendlər reytinqi açıqlanıb
“Apple” şirkəti ardıcıl beşinci dəfə dünyanın ən bahalı brendi seçilib. Bu barədə “Interbrand” agentliyinin tədqiqatında deyilir.“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, “Apple” brendinin dəyəri ötən il ərzində 3 faiz artaraq 184,1 milyard dollar təşkil edib. Reytinqdə ikinci yeri brendi 141,7 milyard dollar (il ərzində 6 faiz artım) qiymətləndirilən “Google” şirkəti, üçüncünü isə “Microsoft” korporasiyası (79,99 milyard dollar,10 faiz artım) tutub.
Eyni zamanda “Coca-Cola” brendinin dəyərinin 5 faiz azalaraq 69,73 milyard dollar təşkil etməsi nəticəsində şirkət üçüncü yerdən dördüncü pilləyə düşüb. Texnoloji nəhəng “Amazon” 29 faizlik (dəyər 64,79 milyard dollar) artım nümayiş etdirməklə siyahının beşinci, Cənubi Koreyanın “Samsung” elektronika istehsalçısı isə altıncı (56,24 milyard dollar, artım 9 faiz) mövqeyində yer alıb.
Məlumata görə, “Facebook” brendi il ərzində 48 faiz bahalaşaraq hazırda 48,18 milyard dollar təşkil edir. Bu, Mark Sukerberqin rəhbərlik etdiyi şirkətə reytinqdə səkkizinci yeri tutmağa imkan verib.
İlk onluğu dəyəri 46,82 milyard dollara (11 faiz azalma) bərabər “IBM” brendi tamamlayır.
Bundan başqa, ciddi artımı il ərzində dəyəri 10 faizdən çox artan “Adobe” (56-cı yer), “Huawei” (70-ci yer) və “PayPal” (80-ci yer) brendləri nümayiş etdirib. Həmçinin “Interbrand” agentliyi 2008-2017-ci illərdə brendlərin ümumi dəyərinin 54 faiz artmasını vurğulayıb.
Nizam Nuriyev
Baxış sayı: 338
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet