12px13px15px17px
Tarix:28/09/17

Yeni suyadavamlı smartfon istehsal edilib

Çində növbəti ildə yeniliyə çevriləcək müasir suyadavamlı “IP69” standartına uyğun smartfon istehsal olunub.

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, “NOMU S10 Pro” adlanan qurğu yüksək sukeçirməzlik göstəriciləri nümayiş etdirir. Smartfon suyun 2 metr dərinliyində 1 saat qala bilir ki, bu da elektron qurğu üçün ən yüksək suyadavamlılıq nəticəsi hesab olunur.

Məlumata görə, “NOMU S10 Pro” smartfonunun digər texniki xüsusiyyətləri də yüksək səviyyədə hazırlanıb. Belə ki, “Android 7.0” əməliyyat sisteminin idarəetməsi ilə işləyən yeni qurğu 5 min milliamper/saat tutumlu akkumulyator, 3 giqabaytlıq operativ və 32 giqabaytlıq quraşdırılmış yaddaş 1,5 giqahers takt tezlikli 64 bitlik “MT6737t” prosessor, 8 meqapikselli arxa və 5 meqapikselli ön kamera, “5.0 HD Corning Gorilla Glass 3” ekran, yumşaq “Germany Bayer” rezin material, “9В/ 2A Quick charge/ OTG” enerjidoldurma qurğusu və “GPS+GLONASS” naviqasiya sistemi ilə təchiz edilib.

“AliExpress” onlayn mağazasında satışa çıxarılan smartfon barədə daha ətraflı məlumatı məhsulun xüsusi səhifəsində əldə etmək mümkündür.

Nizam Nuriyev
 





Baxış sayı: 304

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024